Siyasət
Misir mediasında Xocalı ilə bağlı tarixi məqalə dərc olundu
Xocalı soyqırımının 26-cı il dönümünü Azərbyacandan kənarda yaşayan həmvətənlərimiz unutmur, unutdurmurlar. Misirin “alwasela.com” saytında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Xocalı Soyqırımı-XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.
Növbəti il Xocalıda qətl törədənlərin mühakimə ili olmalıdır
"2019-cu il Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş sərkisyanların ohanyanların, balayanların mühakimə ili olmalıdır” . “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Mil-Muğan şöbəsinin sədri Asif Quliyev deyib ki, bu vəhşiliyin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər, aparılan fəaliyyət belə deməyə əsas verir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində əldə etdiyimiz nailiyyətlər, uğurlar onu deməyə əsas verir ki, Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni vandallarının beynəlxaklq ədalət məhkəməsində mühakimə olunması günü uzaqda deyil”.
Radikallar daha da aqressivləşirlər
Prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində özünü “real ana müxalifət” təşkilatlarını birləşdirdiyini iddia edən “Milli Şura” və bu qurumun idarəçilik yüyənini əlində saxlayan AXCP sədri Əli Kərimli daha da aqressivləşməyə başlayıb. Xüsusilə, Avropada yaşayan qondarma siyasi mühacirlər vasitəsilə “siyasi imic” formalaşdırmağa cəhd edən dağıdıcılar hətta bunun üçün erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən təşkilatlarla da gizli münasibət saxlamaqdadırlar. Əbəs deyil ki, sosial şəbəkələrdə Ə.Kərimlinin söyüş qrupu tez-tez Orduxan Bəbirovun, Məhəmməd Mirzəlinin, Səid Nurinin və s. milli satqınların rəylərini paylaşır, özləri də həmin rəylərə münasibət bildirirlər. Bu münasibətlərin arxasından isə bilavasitə erməni barmağının çıxacağına ümumiyyətlə, şübhə yoxdur. Çünki ictimai rəy daha öncələr də bənzər halların şahidi olublar.
Deputat: “Avropa Parlamentinin üzvləri tərəfindən qəbul edilən Bəyanat çox mühüm bir addımdır”
Xəbər verildiyi kimi Avropa Parlamentində yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı Bəyanat qəbul edilmişdir. Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri cənab Andrey Mamikins tərəfindən irəli sürülmüşdür.
Hicran Hüseynova AŞ-ın Əməkdaşlıq şöbəsinin müdiri ilə görüşəcək
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir.
Mirhəsən Seyidov: “Qarabağa qayıdacağımız gün uzaqda deyil”
“Tarixdə böyük faciə, bir xalqın soyunun qırılmasını axtarsanız dönüb Xocalıya baxın, deyənlər yanılmır”. Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, Xocalı haqqında eşitdiklərimiz, gördüklərimiz sadəcə həmin gecə baş verənlərin bir hissəsidir: “Nə qədər virtual reallıqla, beynəlxalq siyasətlə bu prosesə dəstək versək də, bir Xocalı sakinin danışdıqları, hisslərini və ürəyindəkiləri heç bir zaman bir kameraya yansıda bilməz.
Türkiyəli millət vəkili: “Xocalı Soyqırımı ilə bağlı Məclisimizdə qərar qəbul etməliyik”
“İlk öncə Xocalı qətliamında həyatını itirən bütün şəhidlərimizi rəhmətlə və minnətlə anıram. Körpə, uşaq demədən qardaşlarımızı, soydaşlarımızı qətl edən zalımları şiddətlə qınayıram. Şəhidlərimizi unutmadıq”.
Salam Xocalı- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR
Gürcüstanda "Xocalıya ədalət" aksiyası keçirilib
Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalıya ədalət" yürüş-aksiya keçirilib. “OLAYLAR” DIDK-yə istinadən xəbər verir ki, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan Dostlar Kulubunun və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə baş tutan aksiyanın iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, "Abxaziyaya və Osetiyaya ədalət", “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirib.
Hökuməti söyməklə “müxalifətçi” imici qazanmağa çalışanlar
Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik bir qədər də artır. Gərginlik prezidentliyə namizədlər arasında seçkilərdə qələbə qazanmaq istiqamətində deyil, daha çox etik normaları pozmaq, qeyri-etik fəaliyyətlər ortaya qoymaq, sərgiləməkdə özünü göstərir.
Xocalı insanlığın faciəsidir
Xocalı Soyqırımı İnsanlığın faciəsidir. 26 il Azərbaycanın Xocalı şəhərində insanlıq tarixinin ən qanlı cinayətlərindən bir törədildi. Belə vəhşilik insanlıq tarixində heç zaman baş verməyib. Xocalıda baş verənlər beynəlxalq hüquq normalarında birmənalı şəkildə soyqırım olaraq təsbit edilməkdədir.
Ravza Kavakcı: "Azərbaycanlı qardaşlarımızın acı faciəsini yad edirik"
Xocalı faciəsi tarixin yaddaşında qalan və heç bir zaman unudulmayacaq qara ləkədir. Məlumata görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ravza Kavakcı yazılı açıqlamasında bildirib. R.Kavakcı qeyd edib ki, 26 il bundan əvvəl erməni silahlı dəstələri Azərbaycan vətəndaşlarına qarşı misli görünməmiş vəhşilik, cinayət törədiblər.











.jpg)


