Siyasət

Leyla Əliyeva ağac əkdi

26 Fevral 2018 14:19

Piter Teys: “Avropa İttifaqının Xocalı soyqırımına səssiz qalması böyük səhvdir”

26 Fevral 2018 13:35

Xocalı soyqırımı dünya tarixində faciəvi səhifə və Azərbaycan vətəndaşlarının həyatında ağrılı təcrübədir. Beynəlxalq birlik geriyə baxmalı və Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın unudulmasının necə  bağışlanılmaz səhv olduğunu anlamalıdır.

İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı abidəsinin açılışı olub

26 Fevral 2018 13:11

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində qardaş Türkiyə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədir. Bununla kifayətlənməyən qardaş ölkə ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciə qurbanlarının xatirəsini əbədiləşdirmək istiqamətində də mühüm addımlar atmaqdadır.

Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

26 Fevral 2018 12:49

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib. “OLAYLAR”-a DİDK-dən bildirilib ki, Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub. Stendlərdə erməni hərbi birləşmələrinin 1992-ci ilin fevralında bir gecədə Xocalı şəhər sakinlərinə qarşı həyata keçirdiyi amansız qətliam və vəhşiliklər barədə məlumatlar əksini tapıb.

Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edilib

26 Fevral 2018 12:42

Avropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı Qətliamı ilə bağlı Avropa Parlamentiçərçivəsində qəbul edilmiş ilk sənəddir.

İlham Əliyev Ərdoğanı təbrik etdi

26 Fevral 2018 12:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Bizi səsləyən Xocalı harayı

26 Fevral 2018 12:28

Erməni işğalçıları tərəfindən törədilmiş hadisəsindən artıq 26 il ötməkdədir. Uzun müddət keçməsinə baxmayaraq o hadisələrin şahidi olmuş Xocalı vətəndaşları üçün bu hadisələr sanki dünən baş vermişdir. Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı millətlərə qarşı, xüsusilədə müsəlman xalqlara qarşı münasibətdə belə hadisələr gözdən qaçmır. Məlumdur ki, qədim zamanlardan başlayaraq ermənilər türklərə qarşı düşmən münasibətdə olmuş, türklərin yaşadığı arealları ələ keçirməyə çalışmışlar. Onlar bir millət kimi özlərini təsdiq edə bilmədikləri üçün həmişə onlara daha yaxın olan imperialistlərin köməyinə arxalanmışlar. Təsadüfi deyil ki, bu soyqırımının törədilməsində əsas qüvvə rusların 366-cı motoatıcı alayı olmuşdur.

Xocalı faciəsi qurbanlarının xatirəsi Birləşmiş Ərəb Əmirliklərində anılıb

26 Fevral 2018 12:08

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Xocalı faciəsi qurbanlarının anım tədbiri keçirilib. Səfirlikdən “OLAYLAR”-a bildirilib ki, tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində Baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak ediblər.