Siyasət
Ermənilərlə aparılan savaşın 3 cəbhəsi var – Səfir
Mən bir diplomat kimi işlədiyim sahədə burada, xüsusilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun qaldırdığı və vurğuladığı məsələləri daha dərindən və açıq şəkildə hiss edirəm. Bu sözləri Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən qurultayında çıxış edən Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov deyib.
Suriyalı qadınlar yardım qarşılığında cinsi əlaqəyə məcbur edilir
Prezident tortla yolun kənarında dayanan qız üçün - KORTEJİ SAXLATDIRDI - VİDEO
Erməni diversant Azərbaycan dilində danışır: “El bilir ki, sən mənimsən…” – VİDEO
Kritik Astana sammitinə-beş ölkə Xəzəri bölüşdürə biləcəkmi?
Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan sülh laylası
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Səfirliyinin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən bu tədbir Azərbaycanın tolerantlıq ənənələrinə sadiqliyinin göstəricisi kimi Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan “Western Presbyterian” kilsəsində keçirilib. Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.
Kaliforniyanın Monterey şəhərində Xocalı soyqırımına dair tədbir
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin Sülh və Ədalət Mərkəzində fevralın 26-da Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
Elxan Poluxoun “Xocalını xatırlayaraq” məqaləsi “EmbassyBrasilia” jurnalında
Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyada nəşr edilən “EmbassyBrasilia” jurnalında və mətbu orqanın internet səhifəsində portuqal və ingilis dillərində “Xocalını xatırlayaraq” (Lembrando Khojaly) məqaləsi dərc edilib. Səfirlikdən Olaylar.az- a bildirilib ki, məqalədə, 26 il öncə Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçilərinin köməkliyi ilə Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilmişdi. 25-dən 26-na keçən gecə yüzlərlə dinc insanın xüsusi vəhşilik və amanlılıqla qətlə yetirildiyi, mindən artıq girov götürüldüyü bildirilmişdi.
ABŞ-ın Boston şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb
Bostonda oxuyan azərbaycanlı tələbələrinin təşəbbüsü və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Boston şəhərində yerləşən Hilton otelində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə 60-a yaxın tələbə, azərbaycanlı və türk icmalar, habelə digər yerli nümayəndələr iştirak edib. İştirakçılar arasında Türkiyə Cumhuriyyətinin Bostondakı Baş konsulluğunun nümayəndəsi Kemal Yüksektepe de olub.
Binəli Yıldırım: "Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür"
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində (parlament) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərginin açılışında bildirib.
Ermənistanın Haaqadakı diplomatik nümayəndəliyi qarşısında aksiya keçirilib
Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın Niderland Krallığının Haaqa şəhərində yerləşən diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə verilən aksiyada Azərbaycan, türk və digər xalqların diaspor təmsilçiləri iştirak edib.
Əcnəbilərə elektron qaydada viza verilməsi proseduru dəyişib
Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edilməsi barədə qərar verib. Məlumata görə, reqlamentə əsasən Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.














