Siyasət

“Sarkisyan diplomatı Qarabağa azərbaycanlıların qayıdacağına inandırmağa çalışdı” -  Mübariz Əhmədoğlu

28 Fevral 2018 15:48

Ermənistan prezidenti S. Sarkisyan Qarabağ əsilli azərbaycanlı diplomatı azərbaycanlıların Dağlıq Qarabağa qayıdacağına inandırmağa çalışıb. “Siz ola bilər şübhələnirsiniz. Amma azərbaycanlılar Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq”.

Makedoniya Prezidenti Azərbaycana gələcək

28 Fevral 2018 15:33

Makedoniya Respublikasının Prezidenti George İvanov mart ayında Azərbaycana səfər edəcək. “OLAYLAR” xəbər verir ki, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir. G.İvanovun forum çərçivəsində Çinin siyasətinə həsr olunan panel müzakirələrdə çıxışı nəzərdə tutulub.

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

28 Fevral 2018 15:32

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Avropa Azərbaycanlıları Konqresinin VI Qurultayı başa çatıb

28 Fevral 2018 15:17

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənkənar) qurultayı panel iclaslarıyla işini davam etdirib. Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Xocalı şəhidlərinə qarşı tərbiyəsizlik - Leyla Yunus bunu da etdi - VİDEO

28 Fevral 2018 15:09

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar.

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

28 Fevral 2018 15:06

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var. Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb. N.Məmmədov əlavə edib ki, Azərbaycanda seçicilərin sayı 0.6 faiz, yəni 28 792 nəfər artıb.

Yaqub Mahmudov: “Türk dünyasını qafalarda birləşdirmək lazımdır”

28 Fevral 2018 14:44

“Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.

Azərbaycan cəmiyyəti sabitlik və davamlı inkişaf yolunu seçəcək

28 Fevral 2018 14:40

Prezident seçkiləri getdikcə yaxınlaşır. Demək olar ki, bir ay sonra ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Müasir Azərbaycanın siyasi həyatına mühüm tarixi hadisə kimi həkk olacaq bu seçkilərdə Azərbaycan xalqı özünün yeni prezidentini seçəcək. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə ölkənin bir nömrəli postuna seçiləcək şəxs 5 deyil, 7 il bu vəzifələri icra edəcək. Çünki sonuncu ümumxalq səsverməsindən (referendum) sonra ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Beləliklə, aprelin 11-də baş tutacaq prezident seçkilərinin qalibi növbəti yeddi il müddətində dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.

Deputat yenidən sədr seçildi

28 Fevral 2018 14:28

Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qurultayında yenidən qurumun prezidenti seçilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə həmçinin iki vitse-prezident də təyin edilib. Bunlar Qafar Əsgərzadə və Rövşən Əliyevdir.

"Dünya mətbuatının Xocalı faciəsinə yer ayırması səbəbsiz deyil "

28 Fevral 2018 13:38

Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir. O cümlədən müxtəlif ölkələrin kütləvi informasiya vasitələri Xocalı hadisələri ilə bağlı obyektiv reallığı əks etdirən məqalələr dərc edirlər.

“Münaqişənin alovlanması əslində NATO və ABŞ-ın maraqları ilə üst-üst düşür”

28 Fevral 2018 13:35

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra Qarabağda müharibə olacağı barədə siqnal verirsə, o zaman Vaşinqton münaqişənin həll edilməsində daha çeviklik nümayiş etdirərək problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməlidir.

Prezident İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib

28 Fevral 2018 12:21

Prezident İlham Əliyev fevralın 28-də Misirin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

Atəşkəsin pozulması halları artır

28 Fevral 2018 11:15

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.