Siyasət
Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.
Prezident Müdafiə Nazirliyinə tapşırıq verdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Moskvadan ikibaşlı mesaj - Bakı seçimə itələnir
Hyuston şəhərində Azərbaycanlılardan yəhudi icmasına dəstək
Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, ölkəmizin ABŞ-dakı Səfirliyi, Azərbaycan-İzrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresi nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkmiş və ötən il Harvi qasırğası nəticəsində zərər görmüş bu məkanda aparılan bərpa işləri ilə tanış olmuşdur. Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudu Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.
BMT-dən Qarabağ açıqlaması
BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Bunu BMT-in baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı deyib.
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatların işçilərinin maaşlarını artırıb
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin maaşlarını artırdı
Prezident İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
13 namizədin 12 günü qaldı - MSK
MSK Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar 15 nəfərin namizədliyini təsdiqləyib. Bu vaxta qədər yalnız Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyi qeydə alınıb.
USAİD rəsmisi Azərbaycana maliyyə yardımının azalacağı ilə bağlı məlumatlara münasibət bildirib
"ABŞ-ın növbəti maliyyə ili üçün büdcəsi ilə bağlı hələlik qərar verilməyib. Ona görə də Azərbaycana ediləcək yardımın azaldılacağı ilə bağlı konkret şərh verə bilmərəm". Məlumata görə, bunu Xaçmazda səfərdə olan USAİD-in rəhbərinin Avropa və Asiya üzrə müavini Brok Birman növbəti ilin büdcəsində USAİD-in Azərbaycana maliyyə dəstəyinin azaldılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
Elmar Məmmədyarov Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələsini qaldırdı
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
Nazir: “Suriyadan olan erməni əsilli qaçqınlar...r”
BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb. XİN-dən “Olaylar”a veriilən məlumata görə, nazir Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcədə təşkilatla ölkəmizin əməkdaşlığının cari durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Türkiyənin baş naziri Azərbaycana gəlir
Türkiyənin baş naziri Binali Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana səfər edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir
Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.














