Siyasət

Leyla Yunusun utancverici hərəkəti - Vyanada baş verənlərin təfərrüatı

1 Mart 2018 16:06

Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb.

Rusiya vətəndaşları Azərbaycanda səs verə biləcəklər - ÜNVANLAR

1 Mart 2018 15:14

Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları martın 18-də keçiriləcək RF Prezidenti seçkilərində iştirak edə biləcəklər. Rusiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, seçicilər Bakı şəhəri, Bakıxanov küçəsi, 13 (səfirliyin konsul bölməsi) ünvanında yerləşən 8017 saylı seçki məntəqəsində səs verə bilərlər. Seçki məntəqəsi martın 18-i saat 08:00-dan 20:00-dək açıq olacaq.

ŞOK: Qarabağ müharibəsi başlayır: Rusiya qarışmır, ABŞ isə...

1 Mart 2018 14:51

Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib: “Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur.

Brussels News: "Dünya ictimaiyyəti erməni təcavüzünə ədalətli qiymət verməlidir"

1 Mart 2018 14:49

Azərbaycanın müasir tarixinin ən qanlı və faciəvi hadisəsindən 26 il ötüb. Bu barədə Belçikanın "Brussels News" onlayn qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalədə deyilir. Məqalədə qeyd olunur ki, Xocalı qırğını bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmış soyqırımıdır: "Hüquq müdafiə təşkilatları və beynəlxalq KİV-lərin hesabatlarına əsasən, 1992-ci il 26 fevral hadisələri zamanı Xocalıda yüzlərlə dinc yalnız azərbaycanlı olduqlarına görə, xüsusi qəddarlıqla qətlə yetirilmişdi".

Kaliforniya Senatında erməni lobbisi ifşa olundu

1 Mart 2018 14:48

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunmuş dinləmələr keçirilib.

Bütün siyasi partiyalara bərabər şərait yaradılıb

1 Mart 2018 14:34

Azərbaycanda bütün siyasi partiyalar üçün bərabər şərait yaradılıb. Seçki prosesinə heç bir maneə yoxdur”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Ramiz Alıyev səsləndirib. O bildirib ki, ölkədə ictimai-siyasi sabitlik hökm sürür, təhlükəsizlik yüksək səviyyədə qorunur: “Söz, ifadə və mətbuat azadlığının təmin olduğunu deyən R.Alıyevin qeyd edib ki, insanların sərbəst toplaşmaq haqları dövlət tərəfindən tanınır və bunun üçün qanun çərçivəsində bütün imkanlar yaradılıb.

Milli Şuranın mitinq qərarına müxalifətin özündən etiraz

1 Mart 2018 14:32

Radikal düşərgə deyəsən prezident seçkiləri ilə bağlı təlimat alıb. Söhbət seçki mübarizəsinə qoşulmaqdan yox, bu prosesə maneçilik yaratmaq, ona əngəl olmaq, nəticə etibarilə ictimai-siyasi sabitliyi pozmaqdan gedir. Hər halda Milli Şura adlanan qurumun təyin etdiyi mitinq belə deməyə əsas verir.

Səfiri ərəb nazirlə görüşüb

1 Mart 2018 14:33

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Thani bin Ahmed əl Zeyudi ilə görüşüb.  “OLAYLAR”-a səfirlikdən a verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasında əlaqələrin ümummilli lider Heydər Əliyev və Şeyx Zayed əl Nəhyan tərəfindən yaradıldığını, artan xətlə inkişaf edən sıx ikitərəfli siyasi və iqtisadi əlaqələr, son nailiyyətlər və həyata keçirilən tədbirlərdən danışıb. 

Deputatımız QDİƏT PM-nın tədbirinə qatılıb

1 Mart 2018 14:05

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev Türkiyənin İstanbul şəhərində səfərədədir.

Beynəlxalq münasibətlər sistemində gərginlik artır

1 Mart 2018 13:15

Qərb, Birləşmiş Ştatlar Rusiyanı çökdürmək üçün bütün mümkün vasitələri işə salıb. Moskvaya qarşı həm iqtisadi, həm də hərbi təzyiqləri artıran Birləşmiş Ştatlar Rusiyanın Yaxın Şərqdəki varlığına son qoymaq üçün çalışsa da, lakin Moskvanı nəinki bu inadından döndərmək mümkün olur, əksinə şimal qonşumuz regionda daha da möhkəmlənmək istiqamətində düşünür.

Politoloq: “Münaqişəni özümüzdən başqa kimsə həll etməyəcək” 

1 Mart 2018 13:13

“BMT məsuliyyəti boynundan atır. Halbuki, Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmir. BMT bunun səbəbini Ermənistan hakimiyyətindən soruşmaq əvəzinə hər zaman topu ATƏT-ə atır və "biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik" ifadələri ilə kifayətlənir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Rasim Musabəyov: “BMT üçün əsas odur ki, qan tökülməsin” 

1 Mart 2018 13:11

“Ümumiyyətlə, BMT Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını ATƏT-in Minsk qrupu həmsədrlərinə həvalə edib”. Bunu  millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Deputat: “Ermənistan işğalı davam etdirdikcə müharibə təhlükəsi qalacaq”

1 Mart 2018 12:56

“Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdikcə müharibə təhlükəsi də qalacaq”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra müharibənin ola biləcəyi barədə səsləndirilən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, bunun da başlıca təqsirkarı Yerevandır.