Siyasət

Siyasi şərhçi: “Ermənilər əleyhimizə təbliğat qura bilməyəcəklər”

2 Mart 2018 12:25

“Ermənilər uzun illər ərzində bizim olmadığımız yerlərdə Azərbaycanla, ümumiyyətlə isə türk milləti ilə bağlı çoxlu dezinformasiyalar yayaraq qlobal ictimai rəyi çaşdırmaqla məşğul olub”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Düşmən atəşkəsin pozulması zamanı iriçaplı silahlardan istifadə edir

2 Mart 2018 11:37

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Politoloq: "Ermənilər inkar edə bilmirlər, çünki bu vəhşiliyi ediblər” 

2 Mart 2018 11:27

“Erməni lobbisi Xocalı soyqırımının dünyada tanınması prosesinə mane olmaq istəyir. İnkar edə bilmirlər, çünki bu vəhşiliyi ediblər”. Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Ani cavab və ABŞ-a METEORİT YAĞIŞI – Dünən bir ERA BİTDİ

2 Mart 2018 09:41

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş etdirdi. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır. “Rusiya müdafiə sistemi elə sistemlər alır ki, uzunmüddətli perspektivə onun təhlükəsizliyini təmin edəcək”, - Putin bildirdi.

Naftalan Mərkəzi Xəstəxanasının tikintisinə 6 milyon manatdan çox vəsait ayrılıb

1 Mart 2018 18:36

Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti sosial təminat müəssisələrində çalışan işçilərin maaşını artırıb

1 Mart 2018 18:33

Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırdı

1 Mart 2018 18:31

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb.

XİN: “Hər yoldan ötəni şərh etmirik”

1 Mart 2018 17:20

“Azərbaycan XİN hər yoldan ötəni şərh etmir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Avropa Parlamentində Qarabağ münaqişəsinə həsr edilmiş dəyirmi masada BMT-nin müstəqil eksperti Alfred de Sayasın bəyanatına mövqe bildirərkən söyləyib.

Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar

1 Mart 2018 17:02

Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiya Federasiyasına səfər ediblər. MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar. Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər.Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər martın 3-də başa çatacaq.

Zahid Orucun topladığı imzalar MSK-ya təqdim edilib

1 Mart 2018 16:35

11 aprel 2018-ci ildə Azərbaycanda keçirləcək növbədənkənar prezident seçkilərində namizədliyini müstəqil qaydada irəli sürmüş Zahid Oruc namizədliyinin qeydə alınması üçün topladığı imza vərələqrini MSK-ya təqdim edib. “Olaylar” xəbər verir ki, bu barədə Zahid Orucun Seçki qəargahından məlumat verilib .