31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Los Ancelesdə anılıb

1918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda geniş anma tədbiri keçirilib. Konsulluqdan Olaylar.az – a bildirilib ki, tədbirdə Azərbaycan icmasının üzvləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

1918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda geniş anma tədbiri keçirilib. Konsulluqdan Olaylar.az - a bildirilib ki, tədbirdə Azərbaycan icmasının üzvləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən bəhs edərək, bu soyqırımının Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında özünün ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. Baş konsul çıxışı zamanı həmin illərə aid sənədlər və fotofaktlar təqdim edərək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra digər şəhər və rayonlarında törədilən kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakinin ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb. 
Sonra Kaliforniyada nəşr olunmuş "Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" və "Erməni lobbisi və ABŞ-ın xarici siyasəti" kitablarının müəllifi, amerikalı journalist Raul Kontreras  çıxış edərək, xalqımızın başına gətirilən faciələri yaxından araşdırdığını, XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə davamlı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.
Çıxışlardan sonra müsəlman, xristian və zərdüşt din xadimləri tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların ruhuna dualar oxunub.
Sonda Los Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abrams (Jason Abrams), azərbaycanlı skripkaçı Elvina Qurbanova və azərbaycanlı gənc vokalist, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Emin Eminzadənin ifalarında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31