Bakıda QHT Şurasının təşkilatçılığı ilə soyqırımın 100 illiyinə dair konfrans başlayıb - FOTOLAR

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş konfrans başlayıb. 

 Bakıda "Hilton" hotelində keçirilən tədbirdə ictimai-siyasi sektor təmsilçiləri, xarici ölkələrin səfirləri, media təmsilçiləri iştirak edir. 

QHT Şurasının Katibliyinin icraçı direktoru tədbiri açıq elan edərək, soyqırım haqda qısa nitq söylədi. 

Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov soyqırım faktları, erməni-rus cinayətləri barədə bağlı geniş məlumatlar verdi. 
Müzakirələr davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31