Söyüşü mübarizə metoduna çevirənlər
Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik də artır. Artıq vəziyyət elə həddə çatıb ki, müxtəlif adlar altında Avropaya üz tutan bəzi antimilli ünsürlər siyasi mübarizə meydanını söyüş meydanına çeviriblər. Və haqlı olaraq da bu cür mövqe cəmiyyətdə kəskin etiraza, reaksiyaya səbəb olur.
27 Mart 2018 15:03 SiyasətPrezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik də artır. Artıq vəziyyət elə həddə çatıb ki, müxtəlif adlar altında Avropaya üz tutan bəzi antimilli ünsürlər siyasi mübarizə meydanını söyüş meydanına çeviriblər. Və haqlı olaraq da bu cür mövqe cəmiyyətdə kəskin etiraza, reaksiyaya səbəb olur. Politoloq Ramiz Alıyev deyir ki, Avropada və digər xarici ölkələrdə sığınacaq alaraq yaşayan bəzi azərbaycanlılar (bunların sayı 10 nəfərdən artıq deyil) öz güzəranını yaxşılaşdırmaq üçün ölkəmiz və dövlətimiz əleyhinə bütün "tapşırıqları" canla-başla yerinə yetirərək sosial şəbəkələrdə ölkə rəhbəri və yüksək çinli məmurlar haqqında söyüşlər, təhqirlər edirlər. Onun sözlərinə görə, burada bir sıra məqsədlər var: "Burada məqsəd nə ola bilər? Müxalifəti təmsil edən partiyaların və şəxslərin rəğbətinimi qazanmaq? Xeyr. Fikrimcə özünə hörmət edən, öz səviyyəsini qoruyan müxalifət partiyası və müxalifət nümayəndəsi bu cür "sosial şəbəkə terrorçularını" dəstəkləməz və onları müdafiə etməz. Dünyanın bütün demokratik ölkələrində olan müxalifət partiyaları və təmsilçiləri öz çıxışlarında və bəyanatlarında zora, söyüşə, təhqirə qarşı olduqlarını bildirirlər. Ona görə ki, onlar ilk öncə özlərinə və tərəfdarlarına hörmət edirlər, onlar çox gözəl bilirlər ki, siyasətdə təhqir və söyüşdən istifadə etmək, edənləri dəstəkləmək əlində "pimi çəkilmiş bomba" gəzdirmək kimi bir şeydir. Çünki demokratiyadan danışan hər kəs anlayır ki, "Bir insanın azadlığı digər insanın azadlığının sərhədlərinə qədərdir". Bəs onda bu adamları kimlər dəstəkləyə və himayə edə bilər? Axı onlar özbaşına da bu addımları ata bilməzlər. Məsələn bir ölkədən durub digər ölkəyə getmək, filan qədər xərc çəkmək, şəkillər və plakatlar çıxarıb müəyyən divarlara yapışdırmaq bunlar hamısı ssenari əsasında həyata keçirilən, kifayət qədər maliyyə vəsaiti tələb olunan işlərdir! Bu ssenarini kimlər yaza bilər və maliyyəni kimlər, ya da hansı təşkilatlar verə bilər?" Ramiz Alıyev qeyd edib ki, bu suallara cavab tapmaq o qədər də çətin deyil: "Məsələn Azərbaycan dövləti və şəxsən cənab Prezident səfər etdiyi dünyanın bütün ölkələrində çəkinmədən, qorxmadan Ermənistan dövlətini işğalçı ölkə adlandırır və terrorçuluğu dəstəkləyən Ermənistan rəhbərliyini ifşa edir, Ermənistan prezidentinin iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisəsini dünya ölkələrinin də soyqırımı kimi tanımasına çalışır. Bu addımlar kimə pis təsir edər? Əlbəttə Ermənistan dövlətinə, Ermənistan xüsusi xidmət orqanlarına, erməni lobbisinə və erməni lobbisinin maliyyə dəstəyi ilə hərəkət edən bəzi təşkilatlara. Məsələnin digər tərəfinə gələk: Bu gün ölkəmiz günü gündən inkişaf edir, hazırki ölkə başcısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda söz sahibi olan bir ölkəyə çevrilib! Bütün dünya dövlətləri və ölkə başcıları da etiraf edirlər ki, Azərbaycan regionun lider dövlətidir. Eyni zamanda ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, güclü ordu formalaşıb, xalqın öz prezidentinə inamı və sevgisi var, xalqla hakimiyyət arasında heç bir problem yoxdur. Turistlərin rahat şəkildə səfər edərək təhlükə görmədən gəzib, istirahət edə biləcəkləri ölkələrdən biri də məhz Azərbaycandır. Bütün dinlərə və ibadətlərə bərabər şərait yaradan dövlət də Azərbaycandır! İstənilən Azərbaycan vətəndaşı istədiyi qəzeti və ya internet saytını aça bilər, siyasi partiya, qeyri-hökumət təşklatı qeydiyyatdan keçirə bilər və s". Politoloq deyib ki, dövlət orqanları tərəfindən sosial şəbəkələrə qadağa yoxdur, azad söz hökm sürür (təhqirsiz, söyüşsüz). İnsanlar günün istənilən saatında heç bir təhlükə görmədən çölə çıxa bilər, gəzməyə və ya işə gedə bilər: "Ölkədə digər dövlətlərdən fərqli olaraq terror hadisələri yoxdur, ictimai asayiş yüksək səviyyədə qorunur, Azərbaycan dövlətinin bütün bu sadaladıqlarım və sadalaya bilmədiyim yüzlərlə, minlərlə uğurları daha kimləri narahat edə bilər? Əlbəttə ki, Azərbaycan dövlətindən və xalqından milyonlar oğurlayan və qaçaraq hazırda xarici ölkələrdə siyasi "qucaq" alan bəzi "həmyerlilərimizi" . Onlar həmin bu siyasi savadı olmayan beş-on nəfər gəncə gündəlik 50-60 avro verərək onlar vasitəsi ilə söyüş və təhqirlər yağdırmaqla Azərbaycan dövlətinə zərbə vuracaqlarını düşünürlər, ancaq anlamırlar ki, külək dağa heç nə edə bilməz.
Bu gənclərə yalandan vədlər verərək "Şöyüşlə həyatını dəyiş" şüarı ilə bu adamlara böyük bir tor qurduqlarını özləri də çox gözəl bilir. Ancaq bu cür adamlar heç bir zaman öz xislətlərinə və tamahlarına qalib gələ bilməzlər.
Bir gün Azərbaycan dövlətindən və xalqından oğurladıqları pullar qurtaracaq və o zaman oturduqları "siyasi qucaqlar"onlardan imtina edəcək".
"İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov isə deyib ki, seçkiqabağı mərhələdə bəlli qüvvələrin fəallaşması təbiidir və onların əsas hədəfi Azərbaycan dövlətçiliyi və onun rəhbərliyidir: " Azərbaycanda prezident seçkiləri prosesinə aktiv hazırlıq və yerlərdə kampaniyalara start verilib. Sosial şəbəkələrin "div"ersantları aktiv şəkildə yenə ölkə prezidentinə, onun xanımına və ailəsinə, Azərbaycan Prezidentinin siyasi kursuna, Heydər Əliyev ideyalogiyasına sadiq olan insanlara qarşı öz ailə tərbiyəsini, qanacaq və şərəfinin yerlər altına almağa başlayıb. Hər gün bir video müraciətlə "bir gün biz gələcik və vəziyyəti dəyişəcik" deməklə müxalif obraz yaratmağa başlayıb. Toplasanız, cəmi 5-10 nəfərdən ibarət olanlar bütün Avropada yaşayan Azərbaycanlılar adından danışmağa cəhdlər edirlər. Gördüyümüz bu obraz tamamilə təzahüratdır və qeyri maddi aktivdir. "Azərbaycanın siyasi sabitliyi, stabil inkişafı və ölkəmizin getdikcə güclənən nüfuzu bir çoxlarının yuxusunu qaçırıb. Onlar ölkəmizin mənəvi dayaqlarını sarsıtmaq və dövlətimizə beynəlxalq təzyiq formalaşdırmaq üçün hər şeydən - əxlaqdan da, namusdan da keçirlər" deyən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu yolda çox ciddi təşəbbüs nümayiş etdirib və mən də öz növbəmdə bu yolda hər bir vətəndaşımızı daha ayıq-sayıq olmağa dəvət edirəm. Dövlətin imkanlarından yararlanmaq lazım olduğunda ortaya çıxıb, Azərbaycan adına siyasi mübarizədən kənarda yer almaq, bizi virtual məkanda olan məsuliyyətdən azad etmir".
Süleyman