Siyasət
“Hücumu elə təşkil etməliyik ki, işğalçı Ermənistanın Qarabağ haqqında düşünməyə vaxtı olmasın”
Qərbdə, Avropada, elə Birləşmiş Ştatların özündə erməni sevgisi yenidən baş qaldırıb. Azərbaycana qarşı ədalətsiz davranış, qeyri-obyektiv yanaşma fonunda baş verən bu erməni sevgisi işğalçı ölkəyə daha da qol-qanad verir, onun işğalçılıq, separatizm siyasətinə dəstək mövqeyini ortaya qoyur. Bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Birıləşmiş Ştatlara səfər etməsi, separatçı liderin Amerika Konqersində görüşlər keçirməsi, bir neçə Avropa ölkəsində qondarma erməni soyqırımı ilə bağlı muzeylərin açılması, eləcə də Avropanın bəzi şəhərləri ilə erməni işğalı altında olan ərazilərimizin qardaşlamış şəhər elan olunması deyilənlərin əyani sübutudur. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan yenə beynəlxalq aləm tərəfindən haqsızlıq ədalətsizliklə qarşı-qarşıyadır.
Amerikanın Bakıdan verilən notaya ikili yanaşması
“Qarabağ separtçılarının terrorçu başçısı Bako Saakyanın ABŞ-a səfəri və tədbirlərə qatıldığına görə, Azərbaycanın bu ölkəyə verdiyi notaya Amerikanın Bakıdakı səfirliyinin verdiyi cavab ikili standartlara əsaslanır”.
Nazim İbrahimov: “Qlobal Bakı Forumu Azərbaycana qarşı qarayaxma kampaniyasını alt-üst edəcək”
"Bakıda keçiriləcək VI Qlobal Forum Azərbaycana qarşı indiyə qədər dünya miqyasında üzdəniraq düşmənlərin apardığı qarayaxma kampaniyasını alt-üst edəcək, bura gələn dünya miqyaslı liderlər Azərbaycanla bağlı ən xoş təəssüratla ayrılacaqlar". Məlumata görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
“Artıq dünya bilir ki, 1918-ci il martın 31-də nə baş verib”
Ermənilər uydurma soyqırım ideyalarını dünya ictimaiyyətinin diqqətinə çatdırır, bu istiqamətdə iş aparır. Biz isə faktiki olaraq bir neçə ildir ki, 31 mart soyqırımı məsələsini qaldırmışıq.
Binəli Yıldırım: "Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına yönəlib"
Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün regionun inkişafına yönəlib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfəri ərəfəsində deyib. Baş nazir bildirib ki, Bakı və Ankara arasında münasibətlər regionun təhlükəsizliyinin təmin olunmasına da istiqamətlənib.
Yaqub Mahmudov: "Bizi ermənifobiyada ittiham edirlər"
"Bu gün bəzi qüvvələr Tarix İnstitutunun fəaliyyətini kölgə altına salırlar. Sosial şəbəkələrdə yazırlar ki, Tarix Institutu yalnız soyqırımları araşdırmaqla məşğuldur. Bizə qara yaxanlar Tarix Institutunu ermənifobiyada ittiham edirlər".
Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib
Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb. Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.
Düşmən hərbi təlimlərdən qorxaraq atəşkəsin pozulmasını minimuma endirdi
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Prezident Serj Sərkisyan konstitusiya pozuntularının sayına görə “Ginnesin rekordlar kitabı”na nominant oldu
Ermənistan prezidenti S.Sərkisyan son 5 ildə Ermənistan respublikasının konstitusiyasının maddələrini 4 dəfə inkar etdi. Bunlardan ikisi əvvəlki redaksiyada olan, ikisi isə dəyişilmiş konstitusiyaya aiddir:
Ombudsman: "Soyqırımlarla bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır"
"Böyük Ermənistan dövlətinin yaradılması ideyası bu gün də davam etdirilir". Məlumata görə, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.
QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.
Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə maliyyə vəsaiti ayırıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Səfirlik: "ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib"
"ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: Birləşmiş Ştatlar və digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın Birləşmiş Ştatlara səfərini və ABŞ Konqresində tədbirdə iştirak etməsini şərh edərkən bildiriblər.
Prezident İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibini təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Prezident İlham Əliyev Gənclər Fonduna yeni icraçı direktor təyin edib
Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.













