Siyasət

Əli Kərimli dünya liderlərinə "məsləhət" verir…

14 Mart 2018 16:52

AXCP sədrinin müavini NurİK Məmmədlinin "Facebook"da yazdığı "Ukrayna hakimiyyəti vaxtında Əlişka Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" statusu sosial şəbəkələrdə böyük əks-səda doğurub. Müsavat başqanının müşaviri Səxavət Soltanlı bu barədə ironiya ilə belə deyib: "Vaxtında məsləhətlərə qulaq asmamaq ciddi problemdir. Vaxtında məsləhətlər eşidilsəydi, AXCP də 7 yerə parçalanmazdı".

BQXK-dan Dilqəm və Şahbaz açıqlaması: "Məqsədimiz..."

14 Mart 2018 16:50

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məqsədi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı doğma torpaqlarında olarkən ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır.

Azərbaycan İsraildən silah alan ölkələr arasında ÜÇÜNCÜ olub

14 Mart 2018 16:40

Azərbaycan İsrail hərbi texnikasının ən iri alıcılarından biridir. Bu barədə "The Jerusalem Post" qəzetində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilir ki, Azərbaycan İsraildən silah alan ölkələr arasında üçüncü yerdə qərarlaşıb: "2017-ci ildə Azərbaycan İsraildən 137 milyon dollar həcmində hərbi texnika əldə edib. 2016-cı ildə bu rəqəm 248 milyon dollar təşkil etmişdi". İsraildən ən çox hərbi texnika alan ölkələr arasında ilk üçlükdə həmçinin Vyetnam və Hindistan yer alıb.

11 aprel seçkiləri demokratik əsaslarla təşkil olunacaq - ŞƏRH

14 Mart 2018 16:36

Seçkilər hər bir ölkədə legitimliyin dayağı, səlahiyyətin qaynağıdır. Dövlətin kimlər tərəfindən və necə idarə edilməsinə xalq seçkilərdə qərar verir. Həmçinin cəmiyyətdə sabitlik və rifahın dayanıqlı olması da xalqın seçkilərdə ifadə olunan mövqeyindən çox asılıdır. Odur ki, heç bir cəmiyyətdə heç bir seçki kampaniyasına formal və mexaniki proses kimi baxmaq olmaz. Seçkilər istər demokratiya, istər dövlət, istərsə də cəmiyyət nöqteyi-nəzərindən olduqca geniş təməl və təsirlərə malikdir. Lakin seçkilər, bütövlükdə bir sistem, mexanizm olaraq bugünkü səviyyəyə çatmaq üçün əsrləri əhatə edən məşəqqətli bir yol keçib.

Raket və Artilleriya Qoşunları atəş mövqelərinə çıxarılıb

14 Mart 2018 15:57

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir. “OLAYLAR Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

14 Mart 2018 14:56

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.

Lavrov: “Türkiyənin S-400-lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”

14 Mart 2018 14:24

“Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya veririk”. Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib. 

Azərbaycan prezidenti Türkiyə baş naziri ilə görüşüb

14 Mart 2018 14:22

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Son on ildə Azərbaycan əsrlərə bərabər yol keçib

14 Mart 2018 14:14

Ölkədə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət Azərbaycanın bütün sahələrdə uğur əldə etməsilə nəticələnib. Təbii ki, əldə olunan bu inkişaf həm ölkəmizin güclənməsinə, həmçinin də insanların sosial-rifah halının daha da yaxşılaşmasına öz təsirini göstərib. Azərbaycan istənilən bir sahədə əldə etdiyi tərəqqiyə, inkişafa görə bölgənin lider, öndə olan dövlətidir.

Bakıda 4 nazirin görüşü baş tutacaq

14 Mart 2018 14:04

Bakı şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi

14 Mart 2018 13:53

Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

İnsanlar yalnız azərbaycanlı olduqlarına görə kütləvi surətdə qətlə yetirilirdi

14 Mart 2018 13:51

Tarix boyu türklər və azərbaycanlıların qanına susamış erməni ideoloqları "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanaraq 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmaqla özlərinin qəsbkar torpaq iddialarını pərdələməyə çalışıblar.

Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb

14 Mart 2018 13:37

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar. Türkiyən baş nazirinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur. B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.

Azərbaycanın şərəfli tarixi

14 Mart 2018 13:27

Bu il Azərbaycanın tarixində bir çox əlamətdar hadisələrlə yadda qalan il olacaq. Bir ay sonra ölkədə baş tutacaq prezident seçkiləri, Azərbaycan Xalq Cümhuriyyətinin elanın 100 illiyi, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü, eləcə də il ərzində baş tutacaq bir çox mühüm hadisələr 2018-ci ilə öz damğasını vuracaq.