Siyasət

Prezident İlham Əliyevin fərmanı ilə “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14 Mart 2018 18:32

Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev Quba Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayırıb

14 Mart 2018 18:07

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Zaxarova Britaniya baş nazirinə cavab verib

14 Mart 2018 17:55

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya baş naziri Tereza Meyin Rusiya XİN başçısı Sergey Lavrovla bağlı sözlərinə münasibət bildirib. Məlumata görə, M. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. "Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur", - deyə Zaxarova "Facebook"da yazıb.  

Prezident İlham Əliyev: "TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq"

14 Mart 2018 17:49

TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib.

"Təhqir də bir cinayətdir"

14 Mart 2018 17:33

"Baxmayaraq ki, Azərbaycanda müstəqilliyimizin 27-ci ilini yaşayırıq, amma biz normal, sivil bir müxalifət formalaşdıra bilmədik. Şübhəsiz ki, müxalifətin parlamentdə təmsil olunan nümayəndələri istisna olmaqla parlamentdən kənarda qalan hissəsi yəni özlərini müxalifət partiyaları adlandıranlar hakimiyyət uğrunda mübarizəni çox qeyri-sivil, vəhşi formada hətta dövlətə qarşı mübarizə şəklində aparmağa üstünlük verirlər. Əslində, bunları heç müxalifət partiyaları da adlandırmaq olmaz".

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

14 Mart 2018 17:30

Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bu sözlər ermənilərin qulağında cingildəyir - Polkovnik

14 Mart 2018 17:16

Ordumuzun keçirdiyi təlimlər Ermənistanda narahatlıqla qarşılanır və bu, təbiidir. Bu sözləri Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışarkən bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Ordusunun təlimləri Qarabağda ola biləcək döyüşə uyğun şəkildə həyata keçirilir: “Biz işğalçı Ermənistanla müharibə şəraitindəyik.

Millət vəkili: “Qərbdəki müəyyən dairələrin Azərbaycana qərəzli yanaşmasının şahidiyik”

14 Mart 2018 16:55

“Biz əslində Qərbin müəyyən siyasi dairələrinin Azərbaycanla bağlı növbəti dəfə qərəzli yanaşmalarının şahidi oluruq və buna təəccüblənmirik”. Bunu millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov söyləyib.

“AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təxribatların qarşısını alacaq”

14 Mart 2018 16:54

Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq. Bu fikri  politoloq İlqar Vəlizadə bildirib.  Politoloq bildirib ki, müasir Azərbaycan Respublikası 100 il bundan öncə yaradılan  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Ona görə də tarixə biganə qalmaq olmazdı. Düşünürəm ki, AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq”.