Səfir EBC-nin Baş direktoru ilə görüşdü
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Braziliyanın dövlət informasiya agentliyi olan EBC (Empresa Brasil de Comunicaçao) nun Baş direktoru Kristiana Samarco ilə görüş keçirilmişdir. Səfirlikdən Olaylar.az - a bildirilib ki, görüşdə, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə EBC arasında əməkdaşlığa dair Sazişin imzalanması məsələsi müzakirə edilmişdir. Tərəflər, bu Sazişin Azərbaycan və Braziliya ictimaiyyətinin, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qarşılıqlı olaraq məlumat əldə etmələri üçün münbit şətait yaradacağını vurğulamışlar.
6 Aprel 2018 09:18 SiyasətAzərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Braziliyanın dövlət informasiya agentliyi olan EBC (Empresa Brasil de Comunicaçao) nun Baş direktoru Kristiana Samarco ilə görüş keçirilmişdir.
Səfirlikdən Olaylar.az - a bildirilib ki, görüşdə, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə EBC arasında əməkdaşlığa dair Sazişin imzalanması məsələsi müzakirə edilmişdir. Tərəflər, bu Sazişin Azərbaycan və Braziliya ictimaiyyətinin, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qarşılıqlı olaraq məlumat əldə etmələri üçün münbit şətait yaradacağını vurğulamışlar.
Bundan əlavə, səfir Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cumhuriyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlər haqqında, eləcədə cari ilin may ayında Azərbaycanda keçiriləcək kapoeyra üzrə dünya çempionatına dair ətraflı məlumat vermişdir.
Aşağıda qeyd edilmiş linkdən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.
http://agenciabrasil.ebc.com.br/internacional/noticia/2018-04/agencia-brasil-e-azertac-irao-firmar-acordo-para-intercambio-de