Siyasət
Deputat: "Ermənistan işğalçılıq siyasəti nəticəsində özü özünü təcrid edib"
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bütövlükdə özü özünü təcrid edib. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, ermənilər monoetnik bir dövlət yaradıb və terrorizmə dəstək verir, Azərbaycanın işğal olunmuş ərazilərində də terroçular yetişdirirlər: “Ona görə də heç bir beynəlxalq qurum və qonşu dövlət Ermənistanla birgə iri layihələrdə iştirak etmir və işğalçılıq siyasəti dayandırılmayana, Azərbaycan əraziləri işğaldan azad edilməyənə qədər Ermənistanla heç kim əməkdaşlıq etməyəcək”.
Məzahir Pənahov ATƏT PA nümayəndə heyəti ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, M. Pənahov prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib.
Rumıniyalı deputat Dağlıq Qarabağa qanunsuz səfərlərə münasibət bildirib
“Parlamentlərarası əlaqələr hər zaman Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın əsas komponentlərindən biri olub”. Bunu Rumıniya Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobre deyib.
"Boykotda antiazərbaycan qüvvələrinin təsiri istisna deyil"
"Dövlət başçısının Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladığı vaxtdan bu günə qədər seçki prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində və Seçki Məcəlləsinin bütün müddəalarına əməl etmək şərti ilə tam şəffaf, demokratik davam etməkdədir".
Xalq Cümhuriyyətinin Azərbaycan qadınlarının həyatında rolu
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu şərəfli tariximiizin qeyd edilməsi, onun gənc nəslə təbliğ olunması məqsədilə artıq uzun illərdir ki, xüsusilə müstəqillik illərindən sonra məqsədyönlü addımlar atılır, işlər görülür. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində onun müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, o dövr üçün tətbiq etdiyi yeniliklər barədə silsilə yazılar dərc edilir, məqalələr işıq üzü görür.
Prezident İlham Əliyev Anar Rzayevi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib
Prezident İlham Əliyev Anar Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Belə dövləti tonqalda yandırmaq lazımdır
Ermənistan ön cəbhənin əsgərlərini Günəş plitəsinin üstündə hazırlanan qidalarla təmin etmək üçün kampaniyaya başlayıb. Sən demə, alternativ enerji mənbələrinə çıxış əldə etmək üçün yerli firmalardan birinin ağlına belə “know how” gəlib.
Namizədlərə mitinq və seçicilərlə görüş üçün yerlər ayrıldı
Siyasi şou ustası
Uzun illərdir dövlət, dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal müxalif düşərgə yenə öz ampluasındadır. Söhbət prezident seçkiləri ərəfəsində ölkədə siyasi gərginlik yaratmaq, seçki prosesinə mane olmaq, bununla da ümumilikdə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə, nüfuzuna zərbə vurmaqdır. Daha doğrusu radikallara verilən tapşırıq bundan ibarətdir.
Azərbaycanın beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir.
Ermənilərin azərbaycanlılara qarşı tarixdən gələn soyqırım siyasəti
Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı deportasiya və soyqırım siyasəti həyata keçirən, dəyərli vətən övladlarımızı silsilə terror hadisələri ilə aradan götürən ermənilərin daha bir insanlıq əleyhinə cinayətləri XX əsrin əvvəllərində, daha dəqiq desək, 1918-ci ilin mart, aprel aylarından yaşanmışdı. Əslində isə Azərbaycanda dəhşətli soyqırım aktının həyata keçirilməsinin ssenarisi hələ 1917-ci ildə hazırlanmışdı.
Separatizmə dəstək siyasəti
Zaman-zaman Dağlıq Qarabağ probleminə olan ikili yanaşma, işğala məruz qalanla işğalçını eyniləşdirmək cəhdi, eləcə də bu problemin həllinə olan biganə münasibət bu günlərdə bir daha özünü açıq şəkildə büruzə verir. Söhbət işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın okeanın o tayına səfəri və Birləşmiş Ştatlar Konqresində görüşlər keçirməsindən gedir. Hər nə qədər Vaşinqtondan bu səfər və Konqresdə separatçıların lideri ilə keçirilən görüşə don geydirilməyə, yol verdikləri böyük bir xətanı ört-basdır etməyə cəhdlər olsa da, reallıq ondan ibarətdir ki, Bako Saakyanın okeanın o tayına səfəri və konrqesmenlərlə keçirdiyi görüş bu və digər dərəcədə Vaşinqtonun separatizmə dəstəyinin göstəricisidir və bu Azərbaycan cəmiyyətində ciddi təəssüf hissi yaradır. Elə əksər ekspertlər də məhz bu qənaətdədirlər və Bako Saakyanın Konqresdə görüşünün təşkil edilməsini kəskin şəkildə tənqid edir, bunu Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlıq prinsiplərinə zərbə kimi dəyərləndirirlər.
ATƏT PA sədri: "Cənubi Qafqaz üzrə xüsusi nümayəndə ilə bağlı yaxın həftələrdə qərar verəcəyik"
"Cənubi Qafqaz mürəkkəb regiondur, bu regionla bağlı çətin öhdəliklər var". Bunu ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa vermiş Kristian Vigeninin final hesabatı və bu vəzifəyə yeni təyinatla bağlı sualı cavablandırarkən deyib.
Məmmədyarov: “Aİ-nin Azərbaycana və onun ticarət dəhlizlərinə necə praktik dəstək verdiyini görmək istərdik”
“Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Evropa ölkələri üçün də imkanlar açacaq. Bu, Lapis Lazuli ticarət və tranzit dəhlizində Əfqanıstanın ticarət potensialını artırmaq və onu Avropaya birləşdirmək məqsədi daşıyan mühüm bir əlaqədir”.
Georgi Tsereteli: "ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək"
ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bunu ATƏT PA prezidenti Georgi Tsereteli deyib. O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: "Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır".






.jpg)







