Siyasət

Georgi Tsereteli: "ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək"

13 Mart 2018 14:41

ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bunu  ATƏT PA prezidenti Georgi Tsereteli deyib. O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: "Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır". 

Cümhuriyyət dünyaya göstərdi ki...

13 Mart 2018 14:01

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Olaylar.az Cümhuriyyət tariximizin 100 illik salnaməsinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovla birgə nəzər saldı.

"Mətbuat Şurası Prezidentin tövsiyyələrinin gerçəkləşdirilməsinə səy göstərəcək"

13 Mart 2018 13:42

"Jurnalistlərin 7-ci qurultayının sonunda qurultay adından qətnamə qəbul edildi. Bu qətnamə, Mətbuat Şurasının gələcək fəaliyyəti üçün istiqamətləri müəyyən edir". Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.

"Hər bir jurnalistin müraciət edəcəyi bir qurum var"

13 Mart 2018 13:33

"Düşünürəm ki, Azərbaycan jurnalistlərinin VII qurultayında bir daha bütün jurnalistlərin təmsil edildiyi bir qurum haqqında ictimaiyyətə, cəmiyyətə məlumat verildi. Göründü ki, hər bir jurnalistin istər sosial, istərsə də mənəvi cəhətdən bir müraciət ediləcək və etmək imkanı qazandığı bir qurum var".

31 mart azərbaycanlıların soyqırım günü ilə bağlı tədbirlər keçirilir

13 Mart 2018 12:55

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. “OLAYLAR” xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı”na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir. Bundan başqa, “Azərbaycanlıların  soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir.

Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir

13 Mart 2018 12:53

“Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir. Amma bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır”.

Deputat: “Onların haqqı yoxdur ki, təhqir, böhtan, aşağılama, şantaj tonunda danışsınlar”

13 Mart 2018 12:49

Azərbaycanda “Tarixi şəxsiyyətlər haqqında”, ümumiyyətlə, şəxsiyyətlərlə bağlı qanun layihəsinin hazırlanmasına, parlament müzakirəsinə çıxarılmasına və qəbul edilməsinə böyük ehtiyac duyulur. Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyeva son zamanlar Azərbaycanın böyük ziyalılarının, mütəfəkkirlərinin, tarixi şəxsiyyətlərinin mediada və xüsusilə sosial şəbəkələrdə özlərini yaradıcı şəxslər, “novator”, “avanqard”, “modernist” adlandıran bir qrup gənc tərəfindən təhqir hədəfinə çevrilməsinə münasibət bildirərkən deyib.

Milli Məclis martın 30-da xüsusi iclas keçirəcək

13 Mart 2018 12:20

Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclası keçiriləcək. “Olaylar”ın məlumatına görə, xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək. Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək.

Bahar Muradova: “Azərbaycan deklorativ bəyanatlar verən ölkələrdən deyil”

13 Mart 2018 12:19

“Mən tədbirdə iştirak edən ATƏT Parlament Assambıleyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, Assambleyanın bütün imkanları hesabına belə bir qrupun yaradılmasına qoşulublar. Çindən başlayan İpək Yolu Avropanın ən ucqarlarına qədər gedib çıxır. Azərbaycan ATƏT PA-nın üzvü olaraq belə tədbirlərin təşkil edilməsi vasitəsi ilə ATƏT regionunda sülhə, təhlükəsizliyə töhfə vermək istədiyini sübut edib”.

Azay Quliyev: “Bakı Bəyannaməsi qəbul olunacaq”

13 Mart 2018 12:17

Martın 13-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir. “Olaylar” xəbər verir ki, konfransın moderatoru ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tədbirin Milli Məclisin ev sahibliyi ilə keçirildiyini bildirib.

Azərbaycan prezidenti Rumıniya baş nazirinin müavinini qəbul edib

13 Mart 2018 12:13

Azərbaycan prezidenti İlham Əliyev Rumıniya baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Rasim Musabəyov: “Artıq çoxtərəfli əməkdaşlıq baş tutur” 

13 Mart 2018 12:04

“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü onu deməyə əsas verir ki, artıq çoxtərəfli əməkdaşlıq baş tutur”. Bunu politoloq Rasim Musabəyov deyib.

Politoloq: “ABŞ-ın istəklərinə rədd cavabı da verilə bilər”

13 Mart 2018 11:59

“Rəsmi Bakının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-a nota verməsi düşünmürəm ki, Azərbaycanla ABŞ-ın münasibətlərini pozacaq”. Bunu politoloq Rasim Musabəyov deyib.

Təlimlərdə qoşunlar gecə vaxtı yerdəyişməni icra edib

13 Mart 2018 11:48

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, keçirilən təlimlərin rəhbərinin qərarına əsasən qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.