Siyasət
Nazir: "Fələstin Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir"
Milli Məclisin sədri Oqtay Əsədov Fələstinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən verilən məlumata görə, görüşdə sədr bildirib ki, dost ölkələr olan Azərbaycanla Fələstin arasında bu cür görüşlər münasibətlərimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
İraq XİN: "Son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb"
“Azərbaycan və İraq arasında yaxşı əlaqələr var. İraqın Bakıdakı səfirliyi yaxşı işləyir. Azərbaycanın İraqdakı səfirliyinin də fəaliyyəti yaxşıdır. Düşünürük ki, əlaqələrimizi daha da yaxşılaşdıra bilərik”. Məlumata görə, bunuİraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda deyib.
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Salman Musayevi fəxri diplomla təltif edib
Prezident İlham Əliyev Salman Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisinə 12 milyon manat ayırıb
Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
XİN: "İraqdakı azərbaycanlıların gətirilməsi ilə bağlı işlər davam etdirilir"
İraqda olan azərbaycanlıların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir. Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.
Venesuela XİN: "Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir"
"Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı çox səmərəli bir konfrans oldu və mühüm müzakirələr həyata keçirildi".
Yıldırım: "Yaxın Şərqə baxanda insan görmürlər ki!"
Dünyanın bir çox ölkəsi Yaxın Şərqə baxanda neft görür. Nə yazıq ki, insanı görə bilmirsiniz. Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. “Bu gün Suriyada çox ölkə nüfuz müharibəsi aparır, Türkiyə isə sadəcə bəşəri sülh uğrunda mübarizə aparır. Döyüşlər başladığı gündən qapılarımızı zülmə məruz qalan 3.5 milyondan çox insana qapılarımızı açdıq və ağrılarını paylaşdıq.
Şair Ramaldanov: “Prezident Azərbaycan ordusunun təminatını xüsusi diqqətdə saxlayır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə haqlı olaraq vurğuladı ki, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Tahir Rzayev: "Prezident xalq birliyinin nəticəsi olaraq bu nailiyyətlər əldə edilib"
“Son 15 il ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib və bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı Dövlət Proqramları həyata keçirilib”. Bu sözləriSİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili: “BMT elə institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir”
“BMT Təhlükəsizlik Şurası 20 ildən çoxdur ki, erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. BMT elə bir institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Qoşulmama Hərəkatı XİN rəhbərləri toplantısının yekun sənədləri qəbul edilib
Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənəd qəbul edilib. Məlumata görə, konfrans çərçivəsində həmçinin Bakı Bəyannaməsi və Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.
ATƏT: "Ümid edirik ki, Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş tezliklə baş tutacaq"
"Biz ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə keçiriləcək". Bunu İtaliyanınATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli deyib.
Suriyanın BMT-dəki səfiri ölkəsindən çıxan terror qruplarının işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirildiyi barədə məlumatlara münasibət bildirib
"Bu barədə heç nə eşitməmişəm, amma deyə bilərəm ki, bu, beynəlxalq terror müharibəsinin bir hissəsidir, hansı ki, təkcə Suriyaya qarşı deyil, İraq, Liviya, Misir və başqa ölkələrə, bütün dünyaya qarşı yönəlib”.
MDB dövlət başçılarının görüşünün vaxtı məlum olub
MDB Dövlət başçıları Şurası bu il sentyabr ayının sonunda Düşənbədə keçiriləcək. Məlumata görə, bunu Minskdə MDB Xarici işlər nazirləri Şurasının yekununda MDB İcraiyyə Komitəsinin sədri, qurumun baş katibi Sergey Lebedev deyib. S.Lebedev qeyd edib ki, bundan başqa, senytabrın 27-də MDB XİNŞ-in növbəti iclasının keçirilməsi qərara alınıb.














