Siyasət
Almaniyadakı hadisədə ölənlər arasında azərbaycanlı var? - XİN-dən
Deputat: "Yekun Bakı Sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir"
Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının Yekun Bakı Sənədində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirlərinin bu mövqeyi dəstəkləməsi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Cəbhədən xəbər var - Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.
İlham Əliyev Ağdaş və Bərdədə təhsilin inkişafına vəsait ayırdı - SİYAHI
Prezident İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev xəstəxana tikintisi üçün 7,6 milyon ayırdı
Prezident İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Aprelin 10-u Azərbaycanda “sükut günü”dür
Aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar aprelin 10-u - növbəti həftənin çərşənbə axşamı “sükut günü”dür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq.
"Bu konfrans Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir"
Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə 5-6 aprel 2018-ci ildə Bakıda keçirilmiş 18-ci nazirlər konfransı artıq Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir.
Nazir: "Seçkil ərəfəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınsın"
Aprelin 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.
Əli Həsənov: “Anadolu Agentliyi Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm verib”
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov "Anadolu Agentliyi Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm vermiş, informasiya embarqosunun götürülməsində böyük dəstək vermişdir" deyib.
Əli Həsənov: "Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdini təxribat hesab edirəm"
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib.
Türkiyə Rusiyadan yeni silahlar alır - NATO-ya AĞIR ZƏRBƏ
Rusiya ilə Türkiyə arasında razılaşdırılmış S-400 müdafiə sisteminin satışlarından sonra iki ölkə arasında əməkdaşlıq genişlənməkdədir.
Səbuhi Abbasov: "Prezidentin çıxışı tarixi çağırış kimi qiymətləndirilməlidir"
“Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etdi. Bu olduqca çox mühüm tarixi əhəmiyyətə malik hadisədir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
“Qoşulmama Hərəkatı Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir”
“Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasiminin keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Prezident seçkiləri ilə bağlı bəzi prosedur bu gün başa çatır
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır. Məlumata görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib - FİNAL SƏNƏDİ
"Nazirlər təəssüflə bildirirlər ki, BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münaqişə həll olunmamış qalır və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid olaraq qalmaqda davam edir".














