İlham Əliyev: “Milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi”

Azərbaycan bütün təxribatlar, çirkin kampaniyalara rəğmən qarşısına qoyduğu məqsədi, prezident seçkilərini reallaşdırdı və bu marafona da uğurla yekun vurdu. Aprelin 11-də baş tutan səsvermə gününə qədər ölkəmiz bir çox sınaqlara çəkildi. Təəssüflüsü isə o idi ki, bu sınaqlar heç də xoşməramlı deyildi. Ənənəvi olaraq Azərbaycanı sevməyən, inkişafımızı gözü götürməyən bəzi xarici dairələr və onların daxildəki havadarlarının qurduğu məkirli oyunlar idi. Hansı ki, hər dəfə Azərbaycan mühüm siyasi proses, ölkə həyatında baş verən önəmli hadisə ərəfəsində bu cür “sürprizlərlə” üzləşirdi. Bu dəfə də gözləntilər özünü doğrultdu.

Azərbaycan bütün təxribatlar, çirkin kampaniyalara rəğmən qarşısına qoyduğu məqsədi, prezident seçkilərini reallaşdırdı və bu marafona da uğurla yekun vurdu. Aprelin 11-də baş tutan səsvermə gününə qədər ölkəmiz bir çox sınaqlara çəkildi. Təəssüflüsü isə o idi ki, bu sınaqlar heç də xoşməramlı deyildi. Ənənəvi olaraq Azərbaycanı sevməyən, inkişafımızı gözü götürməyən bəzi xarici dairələr və onların daxildəki havadarlarının qurduğu məkirli oyunlar idi. Hansı ki, hər dəfə Azərbaycan mühüm siyasi proses, ölkə həyatında baş verən önəmli hadisə ərəfəsində bu cür "sürprizlərlə" üzləşirdi. Bu dəfə də gözləntilər özünü doğrultdu.

Ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar verilən andan antiAzərbaycan şəbəkə, onun daxildəki sapı özümüzdən olan baltaları erməni lobbisinin maliyyəsi hesabına Azərbaycana qarşı növbəti kampaniyaya başladılar. Məqsəd aprelin 11-də keçirilən prezident seçkilərinə mane olmaq, bu proses ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək idi. Özü də bu planın reallaşması üçün erməni lobbisi kifayət qədər maliyyə vəsaiti də ayırmışdı. Hər halda radikal siyasi qüvvələrin seçki ərəfəsində paytaxtda keçirdikləri bir neçə aksiya belə deməyə əsas verirdi. Əgər hər aksiyadan təşkilatçıların 200 min manat ətrafında pul mənimsədiklərini nəzər alsaq, o zaman Azərbaycanda mövcud siyasi sabitliyi pozmaq və seçkilərə mane olmaq üçün xaricdəki antiAzərbaycan şəbəkənin milyonlar cərf etdiyini söyləyə biləırik. Ancaq hər zaman olduğu kimi bu dəfə də Azərbaycan cəmiyyəti radikalların ölkədə xaos, anarxiya yaratmaq cəhdlərini qətiyyətlə rədd edərək onlara dəstək vermədi və nəticə etibarilə həmin siyasi qüvvələr bir daha siyasi uğursuzluğa düçar oldular. Burada maraqlı bir məqam da ondan ibarət idi ki, adıçəkilən radikal siyasi düşərgənin prezident seçkilərini boykot qərarı da əks effekt yaratdı və hətta radikallarla zamanında eyni sırada duranlar hakimiyyətə gəlməyin sivil mübarizə yolu kimi seçkilərdə iştirak etməyi görərək seçki marafonuna qoşuldular. 

Nəticə etibarilə Azərbaycan cəmiyyəti seçkilərdə yüksək iştirakçılıq nümayiş etdirərək həm antiAzərbaycan şəbəkəni, həm də onların buradakı əlaltılarını məyus durumda qoydu. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də aprelin 18-də keçirilən andiçmə mərasimi zamanı bu məqama diqqət çəkərək dövlətçilik və milli maraqlara qarşı çıxan qüvvələrə Azərbaycan xalqının öz layiqli cavabını verdiyini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi: "O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun".

Bəli, prezidentin əminliklə qeyd etdiyi kimi Azərbaycan xalqı heç vaxt milli maraqlara zidd çıxan qüvvələrə dəstək nümayiş etdirməyib və bundan sonra həmin qüvvələr xalqın dəstəyini qazana bilməyəcəklər. Çünki bu qüvvələrin fəaliyyəti Azərbaycanda anarxiya, hərc-mərclik yaratmağa yönəlib, buna hesablanıb. Ərəb baharı meydana gələndən antimilli qüvvələr xaricdəki havadarlarının dəstəyi ilə Suriya, Misir, İraq, Liviyada "bərqərar olan demokratiya"nı Azərbaycana gətirmək istəyirlər. Hansı ki, həmin "demokratiya" xalqlara vətəndaş müharibəsi, insan ölümü, aclıq, səfalət vəd edir. Bu gün adlarını qeyd etdiyimiz ölkələrdə yaşananlar fonunda bunu aydın görmək mümkündür. Və bütün bunları görən, o faciələrin Azərbaycanda da yaşanmasını istəməyən xalq haqlı olaraq milli satqınlara dəstək nümayiş etdirmir, onları siyasi səhnədən tədricən uzaqlaşdırır. Əvəzində xalq inkişafı, tərəqqini dəstəkləyir, onun davamlı olmasını arzulayır, əməli ilə təsdiq edir. Azərbaycan xalqı fəlakət, faciə vəd edən demokratiyanı deyil, sivil, müasir yanaşma tələb edən, sözün həqiq mənasında demokratik prinsiplərə xidmət edən demokratiyanı arzu edir, onu istəyir ki, bu da günümüzdə Azərbaycanda mövcuddur və onun inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində davamlı olaraq və sistemli şəkildə addımlar atılır. Və qarşıdakı 7 ildə də eyni tendensiyanın davam edəcəyi şübhəsizdir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də andiçmə mərasimindəki çıxışı zamanı bunu açıq şəkildə ifadə etdi ki, biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.

Göründüyü kimi, Azərbaycan hər zaman olduğu kimi demokratik prinsiplərə sadiqliyini də bir daha ortaya qoyur və bu istiqamətdə real addımlar atacağını bəyan edir. Baxmayaraq ki, bir çox hallarda sözügedən məsələdə bizə qarşı qərəzli münasibət sərgilənir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31