Siyasət

SORĞU: Respondentlərin 83,5%-i prezident seçkilərində İlham Əliyevə səs verəcəklər

9 Aprel 2018 13:00

Seçicilərin böyük əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək. Məlumata görə, bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

"Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir"

9 Aprel 2018 12:51

"Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından nümunə olub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.

QHT rəsmisi: “Anti-millilik uzunmüddətli ola bilməz"

9 Aprel 2018 12:49

“Xalqın, dövlətin taleyüklü, önəmli proseslə məşğul olduğu vaxtda, pasportunda azərbaycanlı yazılan bir qrup şəxsin xalqın enerjisini yanlış istiqamətə yönləndirməyə çalışması, anti-milli mövqe tutması, əlbəttə, sağlam yanaşma deyil”. Bunu  Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Ermənilər 92 dəfə atəşkəsi pozub

9 Aprel 2018 12:46

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

"Qoşulmama Hərəkatının Bakı konfransı Azərbaycanın beynəlxalq siyasətdə əhəmiyyətini göstərdi"

9 Aprel 2018 12:40

Qoşulmama Hərəkatının 18-ci nazirlər konfransının Azərbaycanın sədrliyi ilə Bakıda keçirilməsi və xüsusən də Azərbaycanın dünyada qarışıq bir dövrdə bu tədbirə ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycan stabil olaraq inkişaf edir, beynəlxalq siyasətdə çox önəmli əhəmiyyətə malikdir və ciddi bir siyasi aktordur.

Sabah Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır

9 Aprel 2018 12:37

Sabah aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır. Məlumata görə, Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar,siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

9 Aprel 2018 11:30

Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb. Məlumata görə, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb. Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

9 Aprel 2018 11:26

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Məlumata görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

MSK: "60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub"

9 Aprel 2018 11:23

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

Azərbaycan Türkiyədə telekanal açacaq

8 Aprel 2018 19:11

Azərbaycanın ən iri media holdinqi "Global Media" Türkiyədə xəbər kanalı açır. Hazırda Cine 5 və Kanal 6 telekanalları olan binada intensiv işlər aparılır. "Global Media"nın 8 telekanalı, 4 internet portalı və 2 qəzeti var.

Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib

8 Aprel 2018 13:16

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.