Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.
18 Aprel 2018 18:14 SiyasətPrezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31