İşğal olunmuş əraziləri geri almaq üçün unikal şərait yaranıb

“Rəsmi Bakı Ermənistanda etiraz aksiyalarını diqqətlə izləməli, siyasi böhran baş verdikdə, ordumuz dərhal hücuma keçib, əlverişli şəraitdən istifadə edərək bir neçə rayonu işğaldan azad etməlidir”.

"Rəsmi Bakı Ermənistanda etiraz aksiyalarını diqqətlə izləməli, siyasi böhran baş verdikdə, ordumuz dərhal hücuma keçib, əlverişli şəraitdən istifadə edərək bir neçə rayonu işğaldan azad etməlidir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki,  1990-cı illərdə rəsmi Yerevan Azərbaycana qarşı işğalçılıq siyasətini məhz ölkəmizdə siyasi böhrandan istifadə edərək həyata keçirmişdi: "Analoji addımı Azərbaycan atmalı, Yerevanda baş verən hadisələr fonunda erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurmalıdır. Rusiyanın beynəlxalq vəziyyətinin gərgin olduğunu və Türkiyə ilə strateji tərəfdaşlığını nəzərə alsaq, hazırkı durumda Rusiya ölkəmizə kəskin müdaxilə etməz. Həmçinin ABŞ-ın Suriyaya raket zərbələrindən sonra Rusiyanın siyasi imici və hərbi qüdrəti mifi darmadağın oldu. Azərbaycan üçün hazırda işğal olunmuş ərazilərini geri almaq üçün unikal şərait yaranıb. Füzuli, Cəbrayıl, Ağdam rayonları ilkin hücumla azad edilməli, sonrakı mərhələdə Ermənistan özü rayonları boşaldacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31