"Prezidentin çıxışı hamımızı ruhlandırdı" - Emin Həsənli

“Prezident İlham Əliyevin hakimiyyət dövründə Azərbaycan Silahlı Qüvvələri daha da güclənib”. Bu sözləri  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

"Prezident İlham Əliyevin hakimiyyət dövründə Azərbaycan Silahlı Qüvvələri daha da güclənib". Bu sözləri  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O bildirib ki, cənab İlham Əliyev and içmə mərasimi zamanı çıxış edərkən, Silahlı Qüvvələrin daha da möhkəmlənməsi, ordumuzun daha da güclənməsi məsələsini xüsusi vurğulayıb: "Bilirsiniz ki, cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra ordu quruluculuğuna xüsusi diqqət yetirib.  Ordumuzun hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən artıqdır. Hərbiçilərin mənzil şəraiti yaxşılaşıb. Bundan əlavə, milli qəhrəmanlara, Qarabağ əlillərinə, şəhid ailələrinə mənzillər verilib. Prezident təqaüdü təsis edilib. Hərbi qulluqçuların bir neçə dəfə əmək haqqıları artırılıb". Emin Həsənli prezident İlham Əliyevin hakimiyyəti dövründə yaranan strukturların önəmini vurğulayıb: "Müdafiə Sənayesi Nazirliyi yaradılıb ki, artıq öz silahlarımızı istehsal edirik, hətta bir neçə ölkəyə belə ixrac edirik. Fövqəladə Hallar Nazirliyi yaradılıb ki, ölkədə baş verən fövqəladə halların qarşısı alınsın. Hətta bu qurumla Azərbaycan xarici dövlətlərə də köməklik edir. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidməti də cənab prezident İlham Əliyevin hakimiyyəti dövründə yaradılıb. Artıq valideynlər də övladlarının əvvəlcədən harada xidmət keçəcəklərini bilirlər".

İctimai Birlik sədri onu da qeyd edib ki, ordu üçün müasir silahlar və texnologiyalar alınıb: "Hamının gözü qabağında  "Aprel döyüşləri" zamanı Azərbaycan ordusunun  uğurları bunu göstərdi. Sərhəd qoşunlarının, Daxili Qoşunların, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Silahlı Qüvvələrinin bütün qoşun növlərinin fəaliyyətini yüksək qiymətləndirirəm. Müasir kazarmaların tikilməsi, hər birində zabitlərin mənzillə təmin edilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması istiqaməti, maddi texnikanın təchiz edilməsi, aşpazların qadın olması və s. işlər görülüb. Peşəkar orduya keçid dövrdə böyük addımlar atılıb. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə qadirdir".   Emin Həsənli  bildirib ki, prezident sonuncu çıxışı hamıda böyük ruh yüksəkliyi yaradıb: "Cənab prezident bir daha qeyd edib ki, ordumuz da güclənəcək, hərbi qulluqçuların vəziyyəti yaxşılaşdırılacaq. Bunlar hamısı sevindirici haldır. Ümid edirəm ki, orduda aparılan bu işlərin nəticəsi olaraq, yaxın zaman torpaqlarımız düşmən işğaldan azad ediləcək". Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31