Siyasət
Bakı kimi müttəfiqi itirmək olmaz - Rusiya mediası
Rusiyanın aparıcı mətbuat orqanları və televiziya kanalları İlham Əliyevin prezident seçkilərində inamlı qələbə qazanmasını geniş işıqlandırıb.
Azərbaycanda prezident seçkiləri azad və ədalətli keçirilib
Aprelin 11-də Azərbaycan xalqı növbəti müddətə öz prezidentini seçdi. Yüksək seçici fəallığı ilə baş tutan seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev seçicilərin 86,09 faiz səsini toplayaraq yenidən prezident seçildi.
Azərbaycanın İtaliyadakı səfirindən Serj Sarkisyana: "Saxtakarlıq yetər!"
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "La Stampa" qəzetində Ermənistan prezidenti Serj Sarkisyana cavab məktubu dərc olunub. Səfirlikdən verilən məlumata görə, prezident mandatının başa çatmasından bir neçə gün öncə Vatikanda və İtaliyada səfərdə olan S.Sarkisyan "La Stampa" qəzetinə 7 aprel tarixində müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən açıqlamalar verib.
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
BŞİH Milli Şuranın mitinqinə razılıq verib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH aksiyanın aprelin 14-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
Prezident İlham Əliyev: "Seçkilərdən sonra birinci tədbir kimi Hacı Cavad məscidinin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir"
"Prezident seçkilərindən sonra birinci tədbir kimi Hacı Cavad məscidinin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir". Bunu Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Hacı Cavad dini icmasının üzvləri ilə görüşündə deyib.
Zahid Oruc prezident İlham Əliyevi telefonla təbrik edib
Zahid Oruc prezident İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərinin nəticələrinə görə ikinci yeri qazanan Zahid Oruc yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi telefonla təbrik edərək, ölkə başçısının inamlı qələbəsi münasibətilə ona ən xoş arzularını bildirib, millətimizin gələcək firavanlığı naminə şərəfli vəzifəsində böyük uğurlar diləyib.
İƏT Gənclər Forumu Prezidenti təbrik edib
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) 11 apreldə Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə əldə etmiş İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azadlıq və Demokratiya Fondu: "Prezident seçkilərində bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb"
Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun və beynəlxalq standartlar çərçivəsində keçirildi. Bunu mətbuat konfransında Azadlıq və Demokratiya Fondunun müşahidə missiyasının rəhbəri Pere Masias deyib.
Fransadan olan müşahidəçilər Azərbaycanda prezident seçkilərinin təşkilini yüksək qiymətləndirir
"Fransadan olan müşahidə qrupu Azərbaycanda prezident seçkilərinin şəffaflığını və səmərəli təşkilini yüksək qiymətləndirir. Bu da praktiki olaraq digər ölkələrdən olan müşahidəçilərin fikirləri ilə üst-üstə düşür".
Eston deputat: "Azərbaycanda prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub"
"Azərbaycanda keçirilmiş prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub". Bunu Estoniya parlamentinin deputatı Deniss Borodits mətbuat konfransında deyib.
Azərbaycan inkişafı seçdi: qalib xalqdır
“Prezident seçkisində bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi”
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri bəlli oldu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, hazırki prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə rəqiblərini üstələdi. Beləliklə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı.
Ana Vətən Partiyasından seçki bəyənatı
Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilən prеzidеnt seçkiləri ölkəmizdə dеmоkratik inkişаfın dönməz xarakter daşıdığını bir daha sübut etdi. “Olaylar” xəbər verir ki, bu haqda Ana Vətən Partiyasının bəyanatında bildirilib.














