Vüqar Rəhimzadə: “Türkiyə bizim üçün əziz dövlətdir"

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri hesab edirəm ki, çox əlamətdar bir səfərdir. Artıq yeni bir mərhələnin təməli qoyuldu”. Bunu  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri hesab edirəm ki, çox əlamətdar bir səfərdir. Artıq yeni bir mərhələnin təməli qoyuldu". Bunu  "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Türkiyə bizim üçün sözün həqiqi mənasında dost, qardaş və bizə əziz olan dövlətdir: "Qarşılıqlı səfərlərin yüksək səviyyədə formalaşması hesab edirəm ki, ölkələrimizin dostluq, qardaş münasibətlərinin daha da möhkəm zəmində inkişafına böyük bir təkan verir. Bildiyiniz kimi səfər çərçivəsində danışıqlar aparıldı və müəyyən məsələlərə toxunuldu. Cənab İlham Əliyevin seçkilərdə sonra ilk səfərini Türkiyəyə etməsi hesab edirəm ki, çox tarixi və əlamətdar hadisədir. Bu münasibətlərin daha yüksək səviyyədə, dinamik şəkildə inkişafına böyük töhfələr verəcək".

V.Rəhimzadə əlavə edib ki, ümumiyyətlə, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir: "Bu ölkələr arasında əlaqələrin böyük tarixi var. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir və hər zaman ölkəmizin yanında olduqları açıq şəkildə ifadə olunur". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31