İlham Əliyevin London səfərindən görüntülər

Xəbər verildiyi kimi ötən gün Azərbaycan prezidenti İlham Əliyev Londonda işgüzar səfərdə olub. Britaniyanın Baş naziri Terezza Mey deyib ki, Londonda Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən danışıqlar "regional məsələlər, təhlükəsizlik və energetika" sahəsilə bağlı mövzuları əhatə edib.

Downing Street iqamətgahında baş tutan görüş vaxtı İlham Əliyev bir cox sahədə aparılan əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini deyib. BBC Azərbaycan prezidentinin Böyük Britaniya baş naziri ilə görüşünə dair videogörüntülər yayıb.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31