Beynəlxalq ekspert: “Rusiya öz sərhədlərində qeyri-stabillik arzu etmir"
“Ümumiyyətlə Ermənistandakı vəziyyətə baxarkən onu qeyd etmək lazımdır ki, orada Ermənistanın keçmiş hökumətinin qeyri-leqitimliyi özünü bariz şəkildə büruzə verdi. Yəni bu ilk məqamdır. Biz həm Azərbaycanın, həm də Azərbaycanın regiondakı, bölgədəki olan müttəfiqlərinin ardıcıl siyasəti nəticəsində bunu açıq-aşkar şəkildə gördük”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
27 Aprel 2018 17:42 Siyasət"Ümumiyyətlə Ermənistandakı vəziyyətə baxarkən onu qeyd etmək lazımdır ki, orada Ermənistanın keçmiş hökumətinin qeyri-leqitimliyi özünü bariz şəkildə büruzə verdi. Yəni bu ilk məqamdır. Biz həm Azərbaycanın, həm də Azərbaycanın regiondakı, bölgədəki olan müttəfiqlərinin ardıcıl siyasəti nəticəsində bunu açıq-aşkar şəkildə gördük". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, sirr deyil ki, Ermənistanın iqtisadiyyatı hər zaman olduğu kimi indi də çox aşağı göstəricilərlə cərəyan edir və özünü göstərir: "Ona görə də böyük bir aktivistik, hər hansı bir proqnoz, təhlil vermək burada çətindir. Bu mənada prosesləri izləmək və baxmaq lazımdır. Belə bir həm siyasi krizis, böhran, həm də iqtisadi böhran çərçivəsində belə ölkələr adətən uzun müddət qeyri-stabillik şəraitində fəaliyyət göstərirlər".
Rusiyanın Ermənistanda fəallaşmasına gəlincə, mən buna birmənalı baxmazdım: "Çünki Rusiya regionun iri dövlətlərindədir və hətta deyərdim ki, ən iri dövlətidir. Bu ölkədə dünyada güc mərkəzlərindən biridir. Rusiya öz sərhədlərində qeyri-stabillik arzu etmir. Eləcə də Rusiya həm də Azərbaycanın müttəfiqidir. Azərbaycandakı sabitlik, stabillik onu qane edir". Sia.az