Ekspert: “AŞPA öz taktikasını dəyişib”
“AŞPA-nın "hesabatı" Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
27 Aprel 2018 17:39 Siyasət"AŞPA-nın "hesabatı" Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, son dönəmlər bu kimi halların intensiv xarakter daşıyır: "AŞPA-nın son 5 ildə qəbul etdiyi hesabatlara diqqət yetirsən bu qurumun hansı səviyyədən hansı səviyyəyə endiyinin şahidi olarıq. Bu qrum öz taktikasını dəyişib. Açıq-aşkar şantaj, hədə, qeyri-etik davranışlar, qərəzli mövqe və sifarişli hesabatlar qurumu uçuruma aparır. AŞPA siyasi fahişəliklə məşğuldur. Ümumilikdə son 2 ildə ölkəmizə qarşı aparılan çirkin oyunlarda üslüb eyniliyi nəzərə çarpır. Bu da onu deməyə əsas verir ki, qarayaxma kampaniyaları bir mərkəzdən, xüsusən də, erməni lobbisinin nəzarəti ilə idarə olunur". Sia.az