Siyasət
Razi Nurullayev prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat verdi
Namizədliyi “Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən irləi sürülmüş Razi Nurullayev 11 aprel prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat verib. “Olaylar” xəbər verir ki, bəyanatda R. Nurullayev səsvermənin ilkin nəticələrinə görə hazırkı dövlət başçısı İlham Əliyev qalib olduğunu qeyd edib: “Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edirəm və Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm”.
MSK yekun nəticələri açıqladı: "Seçicilərin 86,03 faizi İlham Əliyevə səs verib"
Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Məzahir Pənahov: "Bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi"
Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.
Putin İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Rusiya prezidenti Vladimir Putinİlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Məlumata görə, Rusiya prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik teleqramında qeyd edib ki,İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun siyasi nüfuzunun olduğunu təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində xidmətlərinin dəyərləndirildiyini göstərir.
Cəbhədən xəbər var
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Müdafiə naziri prezident seçkilərinin uğurla başa çatması münasibətilə ordumuzun şəxsi heyətini təbrik edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə Ordumuzun şəxsi heyətini təbrik edib.
Aİ Regional komitəsinin üzvləri: "Seçkilər legitimdir"
Avropa İttifaqı Regional komitə üzvlərinin Müşahidə Missiyası 11 aprel prezident seçkilərinin nəticələrinə dair bəyanatını açıqlayıb. Missiyanın üzvü Uno Silberq səsvermə günü 46 seçki məntəqəsində müşahidə həyata keçirdiklərini deyib. O, müşahidələrə və araşdırmalara əsasən, prezident seçkilərinin önə çəkilməsinə dair qərarın milli qanunvericiliyə uyğun qəbul edildiyini, səsvermə prosesinin texniki və təşkilatı baxımdan yaxşı təşkil edildiyini bildirib.
Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, Ş. Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ş. Mirziyoyeva minnətdarlığını bildirib.
Albaniyalı müşahidəçi: “Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib”
"Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib”. Məlumata görə, bu sözləri Cənubi Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət seçki monitorinq qrupunun Albaniyadan olan üzvü Vokşi Albana deyib.
GİSDİ: "Seçkilər standartlara uyğun keçirilib"
Azərbaycan xalqına azad siyasi seçim etmək və sakit mühitdə səs vermək imkanı yaradılmışdı. GİSDİ - Azad və Demokratik Seçkilər Uğurunda Vətəndaş Təşəbbüsü Təşkilatının (Bolqarıstan) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatını açıqlayıb.
Belçikalı müşahidəçi: "Səsvermə ədalətli keçib, seçicilərə heç bir təzyiq olmayıb"
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (Belçika) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Moldova parlament sədrinin müavini: "Prezident seçkiləri ən yüksək səviyyədə keçdi"
Seçkilərin hazırlanması və təşkili prosesindən danışsaq deyə bilərəm ki, ən yüksək səviyyədə keçdi. Bütün vətəndaşlara bərabər şərait yaradılmışdı və onlar öz iradələrini ifadə etmək imkanı qazanmışdılar. Biz saxtalaşdırmanın qarşısını alan yenilikləri də gördük. Bu mənada Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunədir.
Türk Şurasının müşahidə missiyası: "Seçkilər azad və ədalətli keçirilib"
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və TÜRKPA Azərbaycanda keçirilən seçkiləri yaxından izləyib. Seçki prosesində hər hansı qanun pozuntusuna rast gəlinməyib.
Necdet Ünüvar: "Seçki son dərəcədə demokratik və obyektiv oldu"
Dünən keçirilmiş seçkinin gedişi və İlham Əliyevin 86 faizlə prezident seçilməsi Azərbaycanda prezident seçkisinin gedişini tənqid edənlərə ən yaxşı cavab oldu. Seçki son dərəcədə demokratik və obyektiv oldu.
Fransalı müşahidəçilər: "Seçkilər Qərb demokratiyasında mövcud olan standartlara cavab verir"
Prezident seçkiləri Azərbaycanda demokratik standartların daha da gücləndirilməsi istiqamətdə atılan bir addım idi. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Fransadan dəvət olunana müşahidəçi missiyasının üzvü Mişel Teğo müşahidələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.














