Azərbaycanın uğurlu xarici siyasət kursu
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost, qardaş münasibətlərində olan ikinci bir ölkə yoxdur. Müstəqillik illərindən sonra daha da inkişaf edən Ankara-Bakı əlaqələri, əməkdaşlığı günümüzdə nəinki digər türkdilli ölkə və respublikalara, eyni zamanda bütün dünyaya bir nümunə, örnəkdir.
27 Aprel 2018 14:07 SiyasətVə Azərbaycan Prezidentinin Ankara ilə Londonda keçirdiyi önəmli görüşlər
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost, qardaş münasibətlərində olan ikinci bir ölkə yoxdur. Müstəqillik illərindən sonra daha da inkişaf edən Ankara-Bakı əlaqələri, əməkdaşlığı günümüzdə nəinki digər türkdilli ölkə və respublikalara, eyni zamanda bütün dünyaya bir nümunə, örnəkdir. Zaman-zaman Azərbaycan və Türkiyənin bir-birinə bu qədər yaxın olmasından əndişələnən müəyyən regional və beynəlxalq güclər iki qardaş ölkə arasında sərinlik yaratmağa, qarşılıqlı faydalı. dostluq-qardaşlıq əlaqələrinə zərbə vurmağa çalışsalar da, lakin hər iki ölkə rəhbərinin ortaya qoyduğu siyasi iradə məkirli qüvvələrin işini pozur, onların Ankara-Bakı münasibətlərinə zərbə vurmaq cəhdlərini heçə endirir. Artıq iki ölkə arasında əlaqələr, qarşılıq faydalı əməkdaşlıq elə bir mərhələdədir ki, hər hansı bir üçüncü qüvvə bu münasibətlərə kölgə salmaq, zərbə vurmaq iqtidarında deyil. Elə Azəırbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət başçısı seçiləndən sonra ilk xarici səfərini məhz qardaş ölkəyə etməsi də bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, artıq bu kimi səfərlər bir ənənə halını alıb. Artıq uzun illərdir ki, Türkiyədə keçirilən bu və ya digər seçkilərdən sonra qalib gələn tərəf, dövlət başçısı və ya hökumət rəhbəri ilk səfərini məhz Azərbaycana edir. Eləcə də hələ ümummilli lider Heydər Əliyev zamanından belə bir ənənəsin şahidi oluruq ki, seçkilərdə qələbə qazanan Azərbaycan Prezidenti ilk olaraq xarici səfərini qardaş ölkəyə edir. Qeyd edək ki, Azərbaycan dövlət başçısının Türkiyə səfəri kifayət qədər məhsuldar keçdi və bu səfər eyni zamanda dünyaya bir daha Ankara-Bakı dostluq-qardaşlığının sarsılmaz olduöğunu sərgilədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədən sonra Böyük Britaniyaya səfər etdi ki, bu səfər də Londonla Bakı arasında münasibətlərin yeni mərhələdə daha da inkişaf etdirilməsi baxımnından əhəmiyyətli idi. Heç şübhəsiz ki, bu səfər Böyük Britaniya ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Elə əksər ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfərini uğurlu hesab edir: "Azərbaycan prezidenti ikinci dövlət olaraq niyə Böyük Brinatiyanı seçdi? Hesab edirəm ki, bunun 4 səbəbi var. Birinci səbəb Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Hər nə qədər Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəi işğal etsə və bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu yana iki dövlət arasında sıx əlaqələr qurulub. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, London hər zaman rəsmilərimizi Böyük Britaniyaya dəvət ediblər. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti vaxt itirmədən Ankaranın ardından Londona getdi. İkinci səbəb Böyük Britaniyanın BP şirkətinin Azərbaycandakı çalışmalarıyla bağlıdır. BP az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım həyata keçirən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında növbəti saziş imzaladı. Bu da İlham Əliyevin Böyük Britaniyaya səfərini şərtləndirən ikinci səbəbi idi". Politoloq deyir ki, İlham Əliyevin Londona səfərinin üçüncü səbəbi də var: "Baxmayaraq ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb Londona səfər edən hər rəsmi köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək.
Londona səfərin dördüncü səbəbi Bakının yürütdüyü xarici siyasətlə bağlıdır. Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verməlidir, bu əməkdaşlıq Rusiyanın istəyindən asılı olmamalıdır. Bu baxımdan bəzi azərbaycanlı deputatların "Azərbaycan Avropa Şurasından çıxmalıdır" açıqlamaları ölkəmizin milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Rusiya bizə Avropanı əvəz edə bilməz. Hər ikisiylə yalnız qarşılıqlı faydalılıq əsasında əməkdaşlığımızı inkişaf etdirməliyik. İkili münasibətlərə üçüncü dövlət qarışmamalıdır".
Süleyman