Siyasət
Talaybek Masabirov: "Xalqın yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunurdu"
Müşahidələr apardığımız məntəqələrdə olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədik. Xalqın yüksək seçki əhval-ruhiyyəsi müçahidə olunurdu. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Qırğızıstan–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib.
Maryo Deyvid: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir"
Namizədlərin irəli sürülməsi prosesi və namizədlərin qeydiyyatı zamanı heç bir ciddi pozuntu və şikayət qeydə alınmayıb. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Azərbaycanda prezident seçkilərini izləyən Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatına üzv partiyaların nümayəndələrinin müşahidələrinin yekunlarına həsr lunmuş mətbuat konfransında portuqaliyalı nümayəndə Maryo Deyvid söyləyib.
İqor Dodon: "İlham Əliyevin dövlət başçısı vəzifəsinə təkrar seçilməsi Azərbaycan xalqının etibarının və geniş dəstəyinin nümayişidir"
"Moldova Prezidenti İqor Dodon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib". Bu barədə Moldova dövlət başçısının saytına istinadən məlumat verir. Təbrik məktubunda deyilir: "Prezident seçkilərində inamlı qələbəniz münasibətilə böyük sevinclə Moldova xalqı adından və şəxsən öz adımdan ən səmimi və ürəkdən təbriklərimi çatdırıram və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında böyük uğurlar və qətiyyətlilik arzu edirəm.
Rumıniya Parlamentinin müşahidə missiyasının rəhbəri: "Seçki Avropa standartlarına uyğun təşkil olunmuşdu"
Böyük məmnuniyyətlə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdik. Bir neçə məntəqədə olduq, seçki demokratik Avropa standartlarına uyğun təşkil olunmuşdu.
Çexiyalı deputat: "Azərbaycanda seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi"
14 seçki məntəqəsində müşahidələr apardım. Bütün seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunurdu. Azərbaycanda seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi.
Azərbaycandan ən uzaqda yerləşən seçki məntəqəsində - Los Ancelesdə səsvermə başa çatıb
Aprelin 11-də Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda Azərbaycan Prezidentinin seçkiləri keçirilib. Səsvermə baş konsulluqda yaradılmış 17 saylı Yasamal 3-cü seçki dairəsinin 54 saylı seçki məntəqəsində təşkil edilib. Bu məntəqə Azərbaycandan ən uzaq məsafədə yerləşən və seçkilərin ən axırıncı yekunlaşdığı seçki məntəqəsi olub.
Sergey Lebedev: "Seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq"
“Azərbaycanda keçirilən prezident seçkilərdə seçicilərin aktivliyinin şahidi olduq, seçkilər yaxşı təşkil olunmuşdu”. Məlumata görə, bu sözləri MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib.
Lukaşenko prezident İlham Əliyevi təbrik etdi
Belarus prezidenti Aleksandr Lukaşenko seçkilərdə yenidən qələbə qazanması münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.














