Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfrans keçirilir
26 Aprel 2018 14:38 SiyasətQusarda "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçirilir.
Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamına uyğun olaraq baş tutan beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyəti birgə təşkil edilib.
Konfrans başlamazdan öncə iştirakçılar Heydər Əliyevin və "Qanlı dərə" qəhrəmanlarının şərəfinə ucaldılan abidələri ziyarət ediblər, sonra isə soyqırıma həsr olunan kitab sərgisinə baxış keçirilib.
Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan nümayəndələr qatılıb.
Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov konfransda çıxış edərək tarix boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb.
Konfrans 3 gün davam edəcək.
Apa.az