Radikalların xaos və anarxiya yaratmaq planları yeni mərhələdə

Hər zaman əsas istinad nöqtələri Ermənistan və erməni lobbisi olan radikal müxalif düşərgə işğalçı ölkədə baş verən son proseslərdən deyəsən ruhlanıb. Sadə erməni xalqının Serj Sərkisyanın baş nazir postunu zəbt etməsinə qarşı başladığı mübarizənin ilkin mərhələdə müsbət sonluqla başa çatması və cinayətkar rejim rəhbərliyinin məcburiyyət qarşısında qalaraq istefa verməsi Azərbaycanın radikal müxalif düşərgəsini də deyəsən hərəkətə gətirib. Belə ki, sözügedən düşərgənin xaricdəki antiAzərbaycan qüvvələr tərəfindən təlimat aldığı və ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün hərəkətə keçəcəyi barədə məlumatlar yayılmaqdadır. Hətta bu məqsədlə radikallara erməni lobbisi ilə əlnir işləyən həmin dairələr tərəfindən maliyyə yardımı da ayrıldığı  bildirilir.

Yaxud Paşinyandan ruhlanan "milli" yanlar

Hər zaman əsas istinad nöqtələri Ermənistan və erməni lobbisi olan radikal müxalif düşərgə işğalçı ölkədə baş verən son proseslərdən deyəsən ruhlanıb. Sadə erməni xalqının Serj Sərkisyanın baş nazir postunu zəbt etməsinə qarşı başladığı mübarizənin ilkin mərhələdə müsbət sonluqla başa çatması və cinayətkar rejim rəhbərliyinin məcburiyyət qarşısında qalaraq istefa verməsi Azərbaycanın radikal müxalif düşərgəsini də deyəsən hərəkətə gətirib. Belə ki, sözügedən düşərgənin xaricdəki antiAzərbaycan qüvvələr tərəfindən təlimat aldığı və ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün hərəkətə keçəcəyi barədə məlumatlar yayılmaqdadır. Hətta bu məqsədlə radikallara erməni lobbisi ilə əlnir işləyən həmin dairələr tərəfindən maliyyə yardımı da ayrıldığı  bildirilir.

Paralel olaraq xaricdəki söyüşcül qrupun da fəaliyyətində bu aralar canlamma müşahidə edilməkdədir. Prezident seçkilərindən sonra susqunluq nümayiş etdirən və seçkilər ərəfəsində nəzərdə tutuıan planlarının reallaşmadığını görən Avropadakı milli xainlər yenidən öz qeyri-siyasi, etik prinsiplərdən kənar fəaliyyətlərinə start veriblər. Sosial şəbəkələrdə dövlətçilik, mili maraqlar əleyhinə fəaliyyətə başlayan antimilli ünsürlərin də bu təlimatı eyni mərkəzdən aldığı bildirilir. Belə ki, onlar qarşçısında qoyulan əsas vəzifə Azərbaycan dövlətçiliyi, hakimiyyəti barədə Avropada mənfi rəy formalaşdırmaqdır. 

Ümumiyyətlə isə hər iki istiqamətdə fəaliyyətin erməni lobbisi tərəfindən koordinasiya edildiyi söylənilir. Əgər Ermənistanda Serj Sərkisyanın baş nazir postunu zəbt etməısindən sonra cərəyan edən proseslərə, eyni zamanda Azərbaycanın daxilindəki və xaricdəki radikal, antimilli ünsürlərin fəaliyyətinə nəzər salsaq görərik ki, proseslər eyni mərkəzdən idarə olunur. Ermənistanda Serj Sərkisyan baş nazir postunu mənimsəmə ərəfəsində xaricdəki diasporanın artıq Serji dəstəkləmədiyi barədə informasiyalar gündəmə gəldi. Azərbaycanda da prezident seçkiləri ərəfəsində Avropada erməni lobbisinin çətiri altında toplaşmış 10-15 antimilli ünsür Prezident  İlham Əliyev əleyhinə çirkin, heç bir etik prinsipə sığmayan fəaliyyətlərə başladılar. Adlarını da diaspor qoydular. Halbuki 10-15 nəfər Vətən xainini diaspor adlandırmaq qətiyyən mümkün deyil.

Bir müddət sonra isə Ermənistanda xalq Sərkisyan əleyhinə ayaqlandı, üsyana qalxdı, onu zəbt etdiyi postdan uzaqlaşdırdı. Azərbaycanda isə Ermənistanda baş verənlərin təkrarlanması mümkün deyil. Çünki Ermənistandan fərqli olaraq Azərbaycanda xalq 20 ildən çoxdur hakimiyyət od-alovu ilə qovrulan, lakin hakimiyyətə gəlmək üçün siyasi mübarizədən qorxub yayınan müxalifəti dəstəkləmir. Elə aprelin 11-də ölkədə keçirilən prezident seçkilərinin nəticələri də bunu bir daha sübut etdi. Ermənistanda hakimiyyət Sərkisyan tərəfindən zəbt edilməklə ələ keçirildisə, Azərbaycanda sivil, demokratik qaydada seçkilər keçirildi, xalq öz mövqeyini ortaya qoyaraq İlham Əliyevə dəstək nümayiş etdirdi, onu yenidən prezident seçdi.

Digər tərəfdən Ermənistandan baş verənlərdən ruhlanıb Azərbaycanda da anolji hadisənin təkrarlanmasını istəyən radikal siyasi düşəregə və onların xaricdəki havadarları unudurlar ki, İrəvanla Bakı arasında eyni fərqi ortaya qoymaq olmaz. Ermənistanda xalq ona görə Sərkisyan əleyhinə ayaqlandı ki, erməni cəmiyyəti uzun illərdir səfalət içərisində yaşayır, ölkədə iqtisadi böhran getdikcə dərinləşir, Azərbaycan dövlətinin və onun rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində işğalçı ölkə bütün regional və beynəlxalq əhəmiyyət kəsb edən layihələrdən kənarda saxlanılır. Bütün bunların bədəlini isə məhz sadə erməni xalqı ödəyir. Ona görə də xalq bu aclıq. Səfalətdən qurtulmaq istəyir və bu istəyini də kütləvi etiraz aksiyaları keçirməklə reallaşdırdı.

Azərbaycana gəlincə, yuxarıda qeyd etdiyimiz kimi radikal siyasi düşərgə cəmiyyət tərəfindən heç bir dəstək görmür. Çünki onların yürütdüyü siyasət, düşüncə tərzi Azərbaycan xalqının istək və arzuları ilə alternativlik təşkil edir. Xalq ölkədə sabitliyin qorunub saxlanması, dinamik iqtisadi inkişafın davam etməsi mövcud hakimiyyəti dəstəkləyir. Radikal siyasi düşərgə isə Azərbaycana xaos, anarxiya, vətəndaş qarşıdurması gətirmək istəyir. Təbii ki, bu da haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən dəstək qazanmır.

Tam əminliklə demək olar ki, erməni lobbisinin maliyyəsi, xaricdəki antiAzərbaycan şəbəkənin ssenarisi əsasında hərəkətlənməkdə olan radikal siyasi düşəırgənin bu cəhdi də əvvəlkilər kimi nəticəsiz başa çatacaq və Azərbaycan cəmiyyəti bir daha bu qüvvələrə öz layiq olduqları yeri göstərəcək.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31