Siyasət
Xalq yenidən İlham Əliyevi prezident seçdi
Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başa çatdı
Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi SeçkiKomissiyasına göndərilib. Səfirlikdən Olaylar.az - a bildirilib ki, ABŞ-ın şərq ştatlarında daimi və müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə Səfirliyin və Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan və Vaşinqtona qısa müddətli səfər edən Azərbaycan Respublikası vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan vətəndaşların71.1% səsvermədə iştirak edib.
Binəli Yıldırım İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. M.Pənahov 125 seçki dairəsinin hamısında seçkilərin baş tutduğunu bildirib. O qeyd edib ki, 5641 məntəqənin artıq 3675-nin – 65 faizinin nəticələri hesablanıb.
Ərdoğan İlham Əliyevi təbrik etdi
Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.
Leyla Əliyeva atasını BELƏ TƏBRİK ETDİ - FOTO
Sevimli prezidentimizi və mənim ən layiqli və əziz atamı təbrik edirəm! Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında atası İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə yazdığı təbrik mesajında qeyd edib.
Heydər Əliyev atasını TƏBRİK ETDİ - FOTO
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev “ekzit-poll” nəticələrinin elan olunmasından dərhal sonra sosial şəbəkədə paylaşım edərək, atasını təbrik edib. Heydər Əliyev atası ilə birgə fotosunu paylaşaraq yazıb:
Demokratik ənənələrə sadiqlik və yüksək seçici fəallığı
Aprelin 11-də Azərbaycanın ictimai-siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Ölkə vətəndaşları azad və müstəqil şəkildə növbəti müddətə öz prezidentini seçdi. Məlumat üçün qeyd edək ki, ölkənin bir nömrəli postu uğrunda mübarizəyə 8 namizəd qoşulmuşdu ki, bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, millət vəkili Zahid Oruc, ASDP-nin həmsədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və AXCP sədri Razi Nurullayev idi. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan vətəndaş var ki, onlar da respublikadakı 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində öz vətəndaşlıq hüquqlarından istifadə etdilər.
GUAM PA: "Azərbaycanda seçki sağlam rəqabət şəraitində, demokratik keçib"
GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Məlumata görə, mətbuat konfransında çıxış edən təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.
Almaniya Bundestaqının üzvü: "Azərbaycanda seçkilər azad və demokrat keçirilib"
"Sivil Dialoq" beynəlxalq müşahidə qrupunun ikinci missiyası prezident seçkilərində müşahidə ilə bağlı bəyanatını açıqlayıb. Bolqarıstan parlamentinin təmsilçisi, "Sosialist" partiyasının üzvü Penço Milkov müxtəlif seçki məntəqələrində olduğunu, seçki prosesinin qanunvericilik çərçivəsində keçirildiyini, yüksək seçici fəallığı müşahidə etdiyini bildirib.
İtaliyalı deputat: "Seçki prosesi mükəmməl təşkil olunub"
Sergey Markov: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirir"
"Azərbaycanda seçkilər demokratik şəkildə keçirilib". Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bu gün keçirdiyi mətbuat konfransında deyib.













.jpg)
