Siyasət

“Exit-poll”un ilkin nəticələri açıqlanıb - İlham Əliyev böyük səs çoxluğu ilə öndədir

11 Aprel 2018 21:24

Azərbaycanda keçirilən prezident seçkisini izləyən yerli və beynəlxalq təşkilatlar seçkilərin şəffaf və ədalətli keçirilməsi qənaətindədirlər. Müşahidəçilərin qənaətinə görə, seçki prosesində təşviqat kampaniyasından tutmuş səsvermə anına qədər bütün proseslər beynəlxalq standartlara uyğun olub.

YAP: "Azərbaycan xalqı İlham Əliyevi prezident seçib"

11 Aprel 2018 21:14

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib".

Ukraynalı müşahidəçilər: "Azərbaycanda prezident seçkiləri azad və demokratik prinsiplərə uyğun keçdi"

11 Aprel 2018 21:00

Azərbaycanda prezident seçkiləri azad, demokratik prinsiplərə və hazırkı qanunvericilik prinsiplərinə uyğun keçdi. Məlumata görə, bunu mətbuat konfransında Ukrayna parlamentinin müşahidə missiyasının rəhbəri Maksim Kuryaçi deyib.

Gürcü deputat: “Seçkilər Avropa standartlarına uyğun keçirilib”

11 Aprel 2018 20:45

"Azərbaycanda prezident seçkiləri sakit başa çatıb". Bunu Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

AVCİYA: "Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb"

11 Aprel 2018 20:44

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİA) Azərbaycanda bu gün keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb.

Ən ucqar seçki məntəqələrində də yüksək seçici fəallığı qeydə alınıb - BƏYƏNAT

11 Aprel 2018 20:32

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) bu gün keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Sechki-2018.az saytının məlumatına görə, bəyanatda deyilir: "11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilib.

Özbəkistan parlamentinin sədr müavini: “Səsvermə zamanı siyasi mədəniyyət yüksək olub”

11 Aprel 2018 20:26

"Prezident seçkilərinin yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan Mərkəzi Seçki Komissiyasını təbrik edirəm". Bunu Özbəkistan Parlament Məclisi sədrinin müavini Sarvar Otamurodov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

"Rəy" Monitorinq Mərkəzinin "exit-poll"unun nəticələri: İlham Əliyev 84.49 faiz səs toplayıb

11 Aprel 2018 20:25

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "exit-poll"un nəticələrini açıqlayıb. Məlumata görə, mərkəzin direktoru Rizvan Abbasov deyib ki, seçici fəallığı 72,3 faiz təşkil edib. 

Latviyalı deputat: “Heç bir qanun pozuntusu aşkarlanmayıb”

11 Aprel 2018 20:23

“Seçkilərin keçirildiyi 10 məntəqədə olduq. Heç bir qanun pozuntusu aşkar olunmayıb”. Məlumata görə, bunu Latviya Seyminin deputatı Roamans Nudins Azərbaycan prezident seçkilərindən sonra keçirdiyi mətbuat konfransında deyib.

İƏT Parlament İttifaqınin baş katibi: "Seçkilər qaydalara uyğun təşk

11 Aprel 2018 20:22

"Azərbaycanda keçirilmiş prezident seçkiləri qaydalara uyğun şəkildə təşkil olunub". Bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqınin baş katibi Mahmud Erol Kiliç prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Ukraynalı deputat: "Seçkilərdə hər hansı qanun pozuntuları müşahidə etmədik"

11 Aprel 2018 20:19

"Seçkilər zamanı hər hansı qanun pozuntuları, yaxud seçkiyə hər hansı kənar müdaxilənin şahidi olmamışıq". Bunu Ukrayna -Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.  Seçkilərin sadə və şəffaf şəkildə keçirildiyini bildirən M. Kuryaçiy qeyd edib ki, səsvermə demokratik prinsiplərə uyğundur.

Seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarına hər hansı müraciət daxil olmayıb

11 Aprel 2018 20:13

Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.