Musa Qasımlı: “Prezidentin səfərinin böyük mənası var”

“Seçildikdən sonra cənab Prezidentimiz İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin böyük mənası var”. Bunu millət vəkili Musa Qasımlı deyib.

"Seçildikdən sonra cənab Prezidentimiz İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin böyük mənası var". Bunu millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Türkiyə bizim üçün qardaş ölkədir, Ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik: "Münasibətlərimizin dərin mədəni, etnik, dini və b. kökləri var. İki ölkə arasında münasibətlərin böyük potesialı mövcuddur. Səfər xüsusən ticarət və hərb-sənayesi sahəsində əməkdaşlıq üçün geniş imkanlar açacaqdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31