Hərbi yarışlar keçirilir

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib.

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində "Ən yaxşı mühəndis-istehkam manqası" adı uğrunda yarış keçirilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib. Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib.
Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31