Millət vəkili: “Səfərin yeni səhifə açacağına əminəm”
“Prezidentin ilk səfərini Türkiyəyə etməsini yüksək qiymətləndirirəm. Bu iki dövlətin münasibətləri hamı üçün bir nümunədir. Qardaş milləti bir-birindən ayırmaq mümkün deyil. Ona görə də prezident həmişə ilk səfərini Türkiyəyə edir”.
27 Aprel 2018 14:40 Siyasət"Prezidentin ilk səfərini Türkiyəyə etməsini yüksək qiymətləndirirəm. Bu iki dövlətin münasibətləri hamı üçün bir nümunədir. Qardaş milləti bir-birindən ayırmaq mümkün deyil. Ona görə də prezident həmişə ilk səfərini Türkiyəyə edir".
Bu sözləri millət vəkili Musa Qasımlı bildirib. O, qeyd edib ki, səfərdən yeni gözləntiləri var: "Bu iki ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Amma bu səfərin iki dövlət arasında yeni səhifə açacağına əminəm. Bildiyiniz kimi, səfər zamanı müxtəlif məsələlər müzakirə olunub, sənədlər imzalanıb. Yaxın zamanda bunun nəticələrini görəcəyik. Bu iki qardaş dövlət hər zaman bir-birinə arxalanıb, bundan sonra da elə olacaq. Türkiyənin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də bütün dünyaya məlumdur". Azadinform.az