Siyasət

Boş qalmış deputat yerlərinə seçki keçiriləcəkmi?

17 Aprel 2018 12:43

Xəbər verildiyi kimi, deputat Astan Şahverdiyev aprelin 15-də qəfil dünyasını dəyişib. Deputatın yerinə seçkinin olub-olmayacağı ilə bağlı Milli Məclisin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirdi ki, bu barədə, hələ ki, konkret söz deyə bilməyəcək. Yada salaq ki, Astan Şahverdiyev 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmişdi.

Dağlıq Qarabağ problemi həll olunmayanadək ATƏT/DTİHB-in Azərbaycandakı seçkilərə obyektiv yanaşması mümkün deyil

17 Aprel 2018 11:31

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu növbəti dəfə Azərbaycanda fürsətbazlıqla məşğul oldu. ATƏT/DTİHB Azərbaycan hökuməti tərəfindən təkidli şəkildə 11 aprel prezident seçkilərinin müşahidəsinə dəvət edilmişdi və bu qurum 300 nəfərdən çox müşahidəçi missiyası ilə bu monitorinqi reallaşdırdı. 300 nəfərdən çox müşahidəçi məsələsi də ATƏT/DTİHB-lə Azərbaycanın arasında mübahisəli mövzulardan biri idi. Azərbaycan güzəştə getdi. Və 300 nəfərdən çox müşahidə missiyasının 11 aprel seçkilərində monitorinq aparmasına icazə verdi.

Cəbhədə növbəti monitorinq keçiriləcək

17 Aprel 2018 11:23

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Ermənilər ərazilərimizə mərmi atdı

17 Aprel 2018 11:19

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 55-ci kitabı çapdan çıxıb

17 Aprel 2018 11:13

"Enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik.

Çikaqo şəhərinin meri 28 may tarixini Azərabycanın Milli Günü elan etdi

17 Aprel 2018 07:48

ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri cənab Rahm Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib. Olaylar.az bildirir ki, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun verilməsini təmin etmişdir.

Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir?

16 Aprel 2018 17:09

Azərbaycanda Sovet dönəminin sonlarında hamı özünü azadlıq mücahidi, demokratiya aşiqi kimi görür və ya belə görünməyə çalışırdı. “Demokrat” görünmək və ya hesab etmək üçün o vaxt mövcud olan ağlı-qaralı mətbuatı, broşurları oxumaq, demokratiya nağıldanışanlarının sözlərinə qulaq asmaq və mitinqlərdə “azadlıq” qışqırmaq yetərli idi. Əlavə xüsusi istedad da tələb olunmurdu.