Fransa münayəndə heyəti Milli Məclisdə olub

"Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Parlamentinin sabiq üzvü, Azərbaycanın dostları Assosiasiyasının Prezidenti Jan Fransua Manselin rəhbərliyi ilə Fransa nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüblər.

MM-dən "Olaylar"a verilən məlumata görə, Fransanın ictimai, siyasi və mədəniyyət xadimlərinin, şirkət rəhbərlərinin də daxil olduğu 30 nəfərlik nümayəndə heyətini salamlayan Səməd Seyidov Azərbaycan-Fransa münasibətlərinin tarixi, parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb. Qonaqlar Azərbaycanda gördükləri tolerantlıqdan, inkişaf və sabitlikdən razılıqla danışıblar. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31