Siyasət

Belçika XİN Suriya məsələsinə qarışdı: Vəziyyətin hərbi yolla həlli yoxdur

16 Aprel 2018 15:45

Suriyadakı vəziyyətin hərbi yolla həlli yoxdur. Məlumata görə, bunu Belçikanın xarici işlər naziri Didye Reynders bəyan edib. O, Avropa İttifaqının xarici işlər nazirlərinin iclasında Rusiya və İranla Suriya böhranı ilə bağlı siyasi dialoqun aparılması məsələsinin qaldırılacağını gözlədiyini bildirib: "Bu gün əsas məsələ Suriya üzrə siyasi dialoq yolunun bərpa olunmasıdır. Əgər biz dinc həll yolu istəyiriksə, Rusiya və İranla danışıqlar aparmalıyıq".

AŞPA-nın növbəti sessiyası başlayır

16 Aprel 2018 15:35

Aprelin 23-27-də AŞPA-nın növbəti sessiyası Strasburqda işinə başlayacaq.  “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən qurmmdakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Vüsal Hüseynov deyib ki, bu sessiyanın gündəliyində qeyri-leqal qazanılmış aktivlərin (əmlakın) müsadirəsi yolu ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, İŞİD terrorist qruplaşmasının maliyyələşməsi, hibrid müharibə zamanı hüquqi çətinliklər, Avropa İnsan Hüquqları Konvensiyası öhdəliklərindən geri çəkilmə məsələləri və insan hüquqları ilə bağlı öhdəliklər, jurnalistlərin statusu və jurnalist etikası ilə bağlı mövzular yer alır və müzakirə ediləcək: “ Həmçinin gündəlikdə Avropa Şurasının Liviyadakı rolu, Avropada məcburi köçkünlərin humanitar ehtiyacları, iqlim dəyişikliyi və Paris müqaviləsinin icrasına dair məruzələr var.

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib

16 Aprel 2018 15:19

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib.  "İzvestiya" qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb. Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.  S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Politoloq: “Azərbaycan xalqı növbəti dəfə sabitliyə səs verdi"

16 Aprel 2018 14:49

“Azərbaycan xalqı növbəti dəfə sabitliyə, inkişafa və demokratiyaya səs verdi. Beləliklə də, cənab İlham Əliyev xalqın böyük dəstəyi ilə yenidən Prezident seçildi. Bu münasibətlə ilk andan etibarən Prezident İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Hazırda da güclü ölkələrin prezidentləri və hökumət nümayəndələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri tərəfindən İlham Əliyev növbəti qələbəsi münasibəti ilə təbrik edilir”. Məlumata görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.

Azərbaycanlı deputat Avropanı ədalətli olmağa çağırdı AÇIQLAMA

16 Aprel 2018 14:47

“Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) hesabatı çox qərəzlidir. Bu hesabat əvvəlcədən yazılaraq hazırlanıb”. Bunu millət vəkili Elşən Musayev deyib.

Deputat: “Hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir”

16 Aprel 2018 14:45

“Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ikili standartlara əsaslanan bu hesabatı xalqımızın siyasi iradəsinə hörmətsizlikdir”. Məlumata görə, bunu millət vəkili Çingiz Qənizadə deyib.

11 aprel prezident seçkisi Azərbaycan demokratiyasının təntənəsidir

16 Aprel 2018 14:19

Azərbaycanda keçirilən prezident seçkisinin beynəlxalq standartlara uyğun başa çatnası artıq nüfuzlu qiymətləndirici təşkilatlar tərəfindən də təsdiqini tapır. Seçkiləri izləyən beynəlxalq müçahidəçilərin qənaəti ondan ibarətdir ki, 11 aprel prezident seçkiləri şəffaf və demokratik şəraitdə seçicilərin fəallığı ilə baş tutub. Son nəticə olaraq ölkə vətəndaşlarının iradəsi qalib gəlib.

Xalq Cümhuriyyətinin humanitar sahədə həyata keçirdiyi islahatlar

16 Aprel 2018 14:20

Avropada, sonra Rusiyada XIX əsrdən başlanan maarifçilik ideyaları XX əsrin əvvəllərində Azərbaycanda da yayılmağa başladı. Avropa və Rusiyanın bir sıra ali məktəblərində təhsil alan yerli zadəgan, kübar ailələrin övladları bu ideyaları vətənə gətirdi, əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi dəyərlərimizə söykənərək xalqımızda milli dövlətçilik duyğularının oyanması işinə təkan verdilər. M.F.Axundzadə, H.B.Zərdabi, N.Nərimanovdan və digər mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu milli dirçəlişimizə zəmin yaratdı.

“Bizə zor, təzyiq, təhdid, diktə keçməz”

16 Aprel 2018 14:17

Azərbaycanda keçirilən prezident seçkiləri zamanı tətəbiq edilən yeniliklər bir sıra dövlətlər üçün sözün əsil mənasında “surpriz” oldu. Bu yeniliklərin seçkinin şəffaf və demokratik başa çatmasını təmin etdiyini dərk edən yerli və beynəlxalq müşahidəçilər təbii ki, öz müsbət mövqelərini ortaya qoydular.

Prezident seçkiləri iqtidar-xalq vəhdətinin sarsılmaz olduğunu göstərdi

16 Aprel 2018 14:06

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı qərəzli ilkin hesabatı ölkə ictimaiyyəti, eləcə də siyasi quqrumlar tərəfindən narazılıqla qarşılanıb.

Amerikalı politoloq: "Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb"

16 Aprel 2018 14:01

Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb. Məlumata görə, bunu amerikalı politoloq, “The Tool Shed” şirkətinin təsisçisi, Amerika Yəhudi Komitəsinin dövlət orqanları ilə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktoru Ceyson Kats deyib.

Prezidentdən Ramiz Mehdiyevlə bağlı SƏRƏNCAM

16 Aprel 2018 13:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

Azay Quliyev ATƏT PA-nın Büro iclasına qatılıb

16 Aprel 2018 13:17

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edib.

AŞPA-nın büro iclasında prezident seçkiləri ilə bağlı müşahidə missiyasının məlumatı dinləniləcək

16 Aprel 2018 13:10

Aprelin 23-də AŞPA-nın büro iclasında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müşahidə missiyasının məlumatları dinləniləcək. Məlumata görə, büro iclası AŞPA-nın aprelin 23-27-də keçiriləcək yaz sessiyası çərçivəsində baş tutacaq.