Ermənilər Ağdamda mülki şəxslər olan avtomobili atəşə tutdu
3 May 2018 11:19 SiyasətAğdamda mülki avtomobil ermənilər tərəfindən atəşə tutulub.
Bu barədə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, hadisə mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib.
Artezian quyularına nəzarət edən briqada kənd ərazisindəki artezyanı təmir edərkən Ağdamın işğal altındakı ərazilərindən işçilərin olduğu maşın atəşə tutulub. Avtomobildə olan işçilər çarəsizlikdən avtomobili saxlayaraq hadisə yerindən uzaqlaşıblar. Hazırda güllələnən avtomobili ərazidən çıxarmaq mümkün deyil.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xoşbəxtlikdən işçilər xəsarət almayıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31