“Bizim hüququmuzdur ki, düşmənin zəif tərəfindən istifadə edib, ərazilərimizi geri alaq”

"Ermənistanda siyasi boşluqdu. Bu siyasi böhran fonunda Ermənistan silahlı qüvvələrinə ordumuz bir zərbə vurarsa, panika şəkilində ərazilərimizdən geri çəkilər".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki,  hazırda münaqişələr və işğallar iştirakçı ölkələrin təkcə problemi deyil, bu beynəlxalq oyunçuların nəzarətində olan problemdir: "Biz bunu hazırda Qarabağ münaqişəsində görürük. Bizim hüququmuzdur ki, düşmənin zəif tərəfindən istifadə edib, ərazilərimizi geri alaq. Amma beynəlxalq konyukturada olan əsas oyunçular imkan vermir. Ermənistan müstəqilliyimizin ilk illərində siyasi böhrandan istifadə edib, ərazilərimizin bir hissəsini zəbt etdi. Beynəlxalq birlik göz yumdu. İndi biz işğal olunmuş əraziləri geri almağa çalışsaq, təzyiqlər qapımızı döyəcək. Ona görə də rəsmi Bakı Qərblə mütləq diplomatik əlaqələri inkişaf etdirməlidir. Bizim iqtisadiyyatımız Qərbdən aslıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31