Ermənistanı cəzalandırmağın zamanı yetişib

Ermənistanı cəzalandırmağın zamanı yetişib

Ermənistanda baş verən proseslər, bu ölkədə vətəndaş qarşıdurması risqinin hər ötən gün artması Azərbaycana işğal altında olan ərazilərini geri qaytarmaq üçün əlverişli fürsət yaradır. Təsadüfi deyil ki, elə son günlər əksər siyasilər, politoloq və hərbi ekspertlər bu məsələyə diqqət çəkərək Azərbaycanın düşmən ölkədə yaranmış vəziyyətdən maksimum dərəcədə yararlanması təşəbbüsü ilə çıxış edirlər. Hərbi ekspert Üzeyir Cəfərov da bu qənaətdədir. O, bildirib ki,  bəlkə də tarix Azərbaycana bir daha 2018-ci ilin may ayında, bu günlər, bu saatlar ərzində yaratmış olduğu kimi Qarabağla bağlı unikal və çox əlverişli bir situasiyanı yaratmayacaq. Onun sözlərinə görə,  bütün təhlillər, bütün proqnozlar onu deməyə əsas verir ki, biz bu məqamı da əldən vermiş olsaq,  daha yaxın dönəmlərdə, nə vaxtsa belə bir unikal şansın olacağını sadəcə ağıla belə gətirmək mümkün olmayacaq: "Rusiyanın xilası Azərbaycanın əlindədir. Bəli.  Məhz Cənubi Qafqazda əlindən çıxmaqda olan Ermənistanın yenidən Moskvanın təsir və təzyiq dairəsinə qaytara biləcək yeganə real imkan Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ola bilər. Və mən bir qədər irəliyə gedərək demək istəyirəm ki, biz tarixi şansı çox doğru və düzgün dəyərləndirməliyik. Dünən Ermənistanın altını üstünə çevirən, yaxşı-pis həyatlarını cəhənnəmə döndərən və hələ may ayının 8-nə kimi daha hansı hoqqalardan çıxacaq qatı radikal erməni yaramazlarından biri saydığım Nikol Paşinyan və onun yaxın ətrafı həm Azərbaycana, həm də Rusiyaya belə bir tarixi şansı verdi ki, biz məhz 2018-ci ilin may ayının, özü də 8 may tarixinə kimi, bənzərsiz və qeyrət qalamız saydığımız Şuşanın işğal olunduğu gününədək Qarabağın işğaldan tam geri qaytarılması günü kimi qeyd edək. Paşinyan Qarabağla bağlı başından çox böyük qələtləri etdi. Bu adam faktiki hakimiyyətdə olmaya -olmaya biz azərbaycanlıları təhiqir etməyə çalışdı ki, guya Qarabağ məsələsinin bir həlli yolun bu alçaq tanıyır, bu da Azərbaycanın Qarabağın müstəqilliyini tanıması yoludur?". Üzeyir Cəfərov deyib ki,  o bir daha Rusiyaya, dünya birliyinə bəyan etdi ki, heç kəs ondan zərrə qədər ağıllı siyasət gözləməsin: "Onun tülkücəsinə "Rusiya bizim strateji müttəfiqimizdir" kimi fikirləri, eləcə də  KTMT, Avroasiya İttifaqı barədə süni bəyanatları da müvəqqəti və hakimiyyətə gəlmək üçün səsləndirdiyi fikirlərdiridi.  Ermənistan Rusiyanın əlindən çıxır. Bəlkə də, tam əminliklə demək olar ki, yaxın saatlarda, yaxın günlərdə tam çıxacaq. Ona görə də Rusiyanın siyasi-hərbi rəhbərliyi, başda Putin-Şoyqu cütlüyünə diplomatik, ya açıq şəkildə deməyin vaxtıdır ki, Azərbaycan Qarabağla bağlı daha gözləmək fikrində deyil. Qoy nə qədər istəyirlər bivec ATƏT-in Minsk qrupunda, BMT-də və digər qurumlarda donquldasınlar. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim Xarici İşlər Nazirliyi son dərəcə çevik və operativ olaraq bəzi işləri artıq görməlidir.  Ürək parçamız olan Qarabağımız Azərbaycanından vaxtında addımlar atılmasını həm gözləyir, həm də tələb edir. Məni qınasanız da, söysəniz də, əsl vaxtdır deyirəm. 
Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Paşinyanın Azərbaycana ünvanladığı təhdidlərə adekvat cavab verilməli, yaranmış fürsətdən istifadə edərək işğal altında olan əarzilərin təmizlənməsinə başlanmalıdır. Onun sözlərinə görə, Azərbaycanın bu addımı Nikol Paşinyan üün dərs olar və inqilabçı lider bir daha Azərbaycanla təhdid, hədə dilində danışmağa cürət etməz: "

Начало формы

Müstəqil ekspert Rövşən Məmmədli də Ermənistanda yaranmış daxili siyasi gərginlikdən yararlanmağın tərəfdarıdır. Onun sözlərinə görə,  düşmən ölkənin baş naziri olmaq iddiasına düşən Paşinyanın da Azərbaycana qarşı səsləndirdiyi təhdid mesajları rəsmi Bakının belə bir addım atmasını zəruri edir: "Ermənistanda baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə çıxış edərkən bildirib ki, Dağlıq Qarabağ xalqının" öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır.
"Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir"-Nikol Paşinyan deyib. O, daha sonra deyib ki, münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. "Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir". Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur"-Paşinyan bildirib. O, həmçinin deyib ki, Dağlıq Qarabağa dair indiyədək aparılan danışıqlar formal xarakter daşıyıb və ancaq danışıqlar xatirinə aparılıb. Paşinyan Azərbaycanı "hər fürsətdə Ermənistanı və Dağlıq Qarabağı hədələdiyi üçün" danışıqlar prosesinin formal olmasında günahlandırıb.---
Göründüyü kimi Ermənistanın "ortaya çıxardığı" liderlər öncələrdəkindən daha faşist təfəkkürlü, yalançı, hiyləgər və lovğanın birisidir. Birincisi "Dağlıq Qarabağ xalqı" adlı bir xalq yoxdur. Orada min illər boyu Türklər yaşayıb, son 200 ildə Çar Rusiyası Qafqazlarda öz qatı müstəmləkəçilik siyasətini həyata keçirmək  üçün bu məqsədlə İran və Osmanlıdan erməniləri oraya.eləcə də Qərbi Azərbaycana köçürüb. Qərbi Azərbaycandan yerli Türkləri dədə-baba yurdundan qovub məqsədlərinə çatandan sonra Dağlıq Qarabağda da eyni siyasəti həyata keçirib bir milyon soydaşımızı oradan deportasiya ediblər. Bəs ermənilərin "yeni lideri" Paşinyan bunu niyə unudur?. Hanı Dağlıq Qarabağın azərbaycanlı sakinləri. Bəs onların hüquqları harada qaldı?". Ekspöert onu da deyib ki, Paşinyanın söylədikləri Azərbaycanın Konstitusiyasına ziddir və həqarətdir: "Azərbaycanın Konstitusiyasında hansısa ərazisinin məsələsi həll olunarsa bu ümumdövlət səviyyəsində referendiumla həll olunur.Üçüncüsü ermənilər hazırda Türkiyədə, İranda və Azərbaycanda yaşayan və kökəncə ermənistanlı olan milyonlarla azərbaycanlının ata-babalarını Ermənistandan ən qəddar cinayətlər işlətməklə,  insanlıq əleyhinə cinayətlər işlətməklə qovub Azərbaycanın bu qədim hissəsində öz müqəddəratlarını həll ediblər. Odur ki,Azərbaycan torpaqlarını ilhaq etmək,  işğal etmək planlarını "müqəddərat" adı altında gizləyə bilməzlər. Həmçinin Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın müstəmləkəsi altda olmayıblar ki.indi onlar azad olub müqəddəratlarını həll edələr.Bildiyimiz beynəlxalq hüquqda Milli müqəddərat prinsipi əsasən ötən əsrin 60-cı illərində Afrikanın İngilis, Fransız, İspan və digər imperialist ölkələrin müstəmləkəçiliyindən azad olmaları ilə bağlı onlara milli müqəddəaratlarını sərbəst həll etmək üçün ortaya gəlib və sona da çatıb. İndi müstəmləkəçilik altda qalan bir xalq yoxdur ki. milli müqəddərat da onlara nəzərdə tutulsun. Dağlıq Qarabağda yaşayan ermənilər digər azərbaycanlılar kimi orada azad və rahat yaşayıblar, mərkəzi hakimiyyətin heç bir basqısına məruz qalmayıblar. Əksinə həmin bölgə Azərbaycanın digər bölgələrindən daha çox diqqət görüb və sosial vəziyyət, milli məsələlər yüksək səviyyədə həllini tapıb. 
İndi Paşinyan köhnə sələflərinin mövqeyindən çıxış edir, həm də bir az özündaən razı və lovğa halda. O,Minsk qrupuna güvənib münaqişəni yalnız sülh yolu ilə, həm də Azərbaycana güclü basqılar göstərməyi təklif edir. Paşinyan özünü ağıllı sayıb deyir  ki, Azərbaycan "Dağlıq Qarabağ xalqının" müqəddəratın tanıyarsa,  o zaman "münaqişənin kompromis həlli barədə danışmaq olar".   Şübhəsiz burada nəzərdə tutur ki,Dağlıq Qarabağa müstəqillik verilərsə ətraf işğal olunmuş rayonların məsələsinə baxılar". 

Rövşən Məmmədli deyib ki, sabiq prezident Ter Petrosyan ərazilərimzi işğal etdi. ondan sonra gələn Köçəryan, Sərkisyan da işğal siyasətini davam etdirdilər: "İndi ortaya çıxan Paşinyan onlardan da bir az o yana keçir. Həm də dünyaya özünü "demokrat" kimi sırıdığını düşünüb bir az da bizimlə lağ edir, Azərbaycanı ələ salmaqla  hüququmuza hörmət etmir. Ermənilər bizim üçün Nijdeh təfəkkürlü faşizm xəstəliyinə tutulub vandal.barbar bir düşməndir və onlar hər zaman fürsət axtarırlar ki.Qafqazda axrımıza çıxsınlar. Odur ki. biz gerçək hərəkata keçib bu vətənsiz.sərsəri, nankor faşist daşnak iblisləri öncə Qarabağdan qovmalı, sonra elə siyasət aparmalıyıq ki, elə İrəvandan da getsinlər və öz tarixi vətənimiz boşaltsınlar. Bunun həyata keçirilmə yolu yalnız və yalnız xalqımızın bu erməni xəstəliyini vaxtında dərk edib onlara qarşı bir yumruq kimi birləşməyindədir...İndi kimsənin bu tale məsələmizdən yaxasını kənara çəkməyə haqqı yoxdur. Hamı Qarabağ cəbhəsində öz layiqli yerini tutmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31