Milli Məclis xüsusi iclas keçirəcək
3 May 2018 12:23 SiyasətAzərbaycan Milli Məclisi xüsusi iclas keçirəcək. Məlumata görə, Milli Məclisin xüsusi iclası 2018-ci ilin noyabrında keçiriləcək.
Xüsusi iclas Azərbaycan Parlamentinin yaradılmasının 100 illik yubileyinə həsr olunacaq. İclasda Azərbaycan parlamentinin 100 il ərzində keçdiyi şərəfli yol barədə çıxışlar olacaq. Həmçinin, xüsusi iclasa dünya ölkələrindən parlamentarilər dəvət ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31