“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun dəyişdirilir

Milli Məclisin Səhiyyə komitəsinin mayın 3-də keçirilən iclasında"Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Olaylar"ın xəbərinə görə, adıçəkilən qanunun iki maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.Belə ki, "Sanitarya-epidemioloji salamatlıq haqqında" qanunun 23-cü maddəsinə dəyişiklikdə təklif olunur ki, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar təhsil müəssisələrində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər. Həmçinin, mövcud qanunun 39-cu maddəsinə təklif olunuan dəyişiklikdə bunlar qeyd olunur: "Təhsil müəssisələrində, habelə digər müəssisələrdə təlim-tərbiyə, istehsalat təcrübəsi şəraitini, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimləri, radiasiya təhlükəsizliyi və müvafiq sanitariya qaydaları tələblərini, uşaqların və yeniyetmələrin əmək, iaşə və istirahət, sanitariya-məişət təminatı şəraitini tənzimləyən normalara və qaydalara, normativlərə əməl edilməməsi..." Adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov qanuna dəyişikliklərin redaktə xarakterli olduğunu bildirsə də, onların mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31