İradə Əyyubova NAZİR təyin olundu

Əslən Azərbaycandan olan İradə Əyyubova Tatarıstanın mədəniyyət naziri təyin edilib.

Bu barədə əmri Tatarıstan Prezidenti Rüstəm Minnixanov imzalayıb.

İradə Əyyubova prezidentin bugünkü əmrinə qədər Tatarıstan Arxiv İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışırdı.

Bakıda anadan olan Əyyubova 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ailəlidir, bir qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31