Siyasət

İsrail Ərdoğanın acığına “erməni soyqırımı”nı tanımağa hazırlaşır

17 May 2018 13:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə Qəzza sektoru arasında son günlər baş verən hadisələrə görə İsrail əleyhinə sərt ritorikasına cavab olaraq Knessetin deputatları “erməni soyqırımı”nı tanımaq barədə qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Oqtay Əsədov gürcüstanlı həmkarı ilə görüşüb

17 May 2018 13:10

Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş olub. “Olaylar” xəbər verir ki, görüş İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yubileyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub. Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi köklərə bağlı olduğunu vurğulayan spiker İrakli Kobaxidze iki qonşu ölkə arasındakı əlaqələrin dinamik inkişafından, o cümlədən həyata keçirilən birgə layihələrin tarixi əhəmiyyətindən bəhs edib.

Spiker: “Qarabağ probleminin həll olunmaması dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir”

17 May 2018 13:07

“Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yubileyi münasibətilə keçirilən tədbirdə deyib. Oqtay Əsədov qeyd edib ki,

Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək...”

17 May 2018 12:36

Baş nazir dəyişikliyindən sonra Ermənistan uğrunda ABŞ-Rusiya rəqabəti daha amansız mərhələyə keçir; Rusiya nəşri Qarabağla bağlı İrəvana pis müjdə verdi və Nikol Paşinyanı “ABŞ-ın əlaltısı” adlandırdı: “Qərb ermənilərə böhran hazırlayır...”

Milli Məclisə rəsmi Amnistiya müraciəti daxil olub

17 May 2018 12:08

Milli Məclisə Amnistiya Aktının qəbul edilməsi ilə bağlı rəsmi müraciət daxil olub. Məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Xarici İşlər Nazirliyi Laçınla bağlı bəyənat verdi

17 May 2018 11:39

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Laçının işğalının 26-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycan nümayəndə heyəti  ABŞ-ın iki ən nüfuzlu yəhudi təşkilatı ilə görüşdü

17 May 2018 10:46

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində  ABŞ-da fəaliyyət göstərən ən aparıcı və nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) Los Anceles ofisinin rəhbərliyi və dünyanın ən böyük yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental Mərkəzinin sədri Ravvin Marvin Hier ilə görüşlər keçirib.

Meksikada Cümhuriyyətin 100 illiyi qeyd olundu

17 May 2018 10:35

Meksikanın Quanaxuato ştatının San Migel de Ayende şəhərində ənənəvi olaraq keçirilən və Meksikada akkreditə olmuş diplomatik korpus nümayəndələri, yerli QHT və şirkətlər, KİV-lər və şəhər sakinləri, həmçinin çoxsaylı turistlər tərəfindən böyük maraqla qarşılanan Ümumdünya Birlik və Qardaşlıq - XIX Beynəlxalq Görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub.