Ələt azad iqtisadi zonasında normativ hüquqi aktlardan fərqli hüquqi tənzimləmə tətbiq ediləcək

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda dəyişik məsələsi müzakirəyə çıxarılıb.

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda dəyişik məsələsi müzakirəyə çıxarılıb.

"Olaylar" xəbər verir ki, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri deyib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin qəbulu ilə bağlı "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa dəyişiklik nəzərdə tutulur. Komitə sədri bildirib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi çox mühüm sənəd olduğu üçün normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir. Dəyişikliyə əsasən, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanuna aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilir. Əlavəyə görə, "5.4. Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.". Qeyd edək ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun 5-ci maddəsi "Bu Konstitusiya Qanununun tətbiq dairəsi" adlanır. Millət vəkili Qüdrət Həsənquliyev normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi Konstitusiyaya zidd adlandırıb, layihənin əleyhinə çıxıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31