Nazirlik rəsmisi: "Cinsi nisbətin pozulması ciddi nəticəyə gətirər"

Hazırda doğulanlar arasında oğlan uşaqlarına üstünlük verilməsinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

Hazırda doğulanlar arasında oğlan uşaqlarına üstünlük verilməsinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilçəsi" adlı pilot layihənin yekun konfransında deyib.

Onun sözlərinə görə, son 12 il ərzində ölkə əhalisinin sayı 15 faiz artaraq 2018-ci il 1 mart tarixinə 9911 min nəfər, əhalinin təbii artım göstəricisi hər 1000 nəfəri isə hesabı ilə 8,1 nəfər səviyyəsində təşkil edib:

"Doğulanların sayı hər 1000 nəfər üçün 17,5 nəfərdən 14,7 nəfərədək azalıb, ölənlərin sayı isə 6,2-dən 6,6-dək artıb. Bununla yanaşı, demoqrafik təhlillər göstərir ki, ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur.

Hazırda 100 doğulan qıza 114 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. 1989-cu ildə hər 1000 kişiyə 1051, 1999-cu ildə 1048, 2009-cu ildə 1021 qadın düşüb. Bu gün isə ölkədə hər 1000 kişiyə 1004 qadın düşür.

Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər".

Elnur Süleymanov qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə qeyd olunan istiqamət üzrə ölkə üçün fəaliyyət planın hazırlanması və geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir: "Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020:Gələcəyə baxış" İnkişaf Konsepsiyasna əsaslanaraq "Azərbaycanda Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı" layihəsi hazırlanıb və Nazirlər Kabinetiənə təqdim olunub. Dövlət proqramının 2030-cu ilədək əhatə edəcəyi dövr ərzində ana və uşaqların mühafizəəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin aradan qaldırılması məsələsi də yer alıb".

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31